Icma.az
close
up
RU
30 illik ənənə: Yaponiya 2024cü ilin heroqlifini seçdi

30 illik ənənə: Yaponiya 2024cü ilin heroqlifini seçdi

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyada 2024-cü ilin rəmzi seçilib.

Bu münasibətlə ölkənin qədim paytaxtı Kiotoda buddist "Təmiz su məbədi"ndə təntənəli mərasim keçirilib.

Bildirilir ki, 221 mindən çox insanın iştirak etdiyi ümummilli səsvermənin nəticələrinə görə, "qızıl" ("pul") mənasını verən "kin" heroqlifi ilin rəmzi seçilib. Sorğuda iştirak edənlərin 5.47%-i ona səs verib.

Məbədin buddist rahibi Seyhan Mori, ənənəyə uyğun olaraq, 130x150 sm ölçülü düyü kağızında ilin heroqlifini çəkib.

2024-cü ilin rəmzi olaraq "qızıl" heroqlifinin seçilməsi bir neçə amillə bağlıdır. Birincisi, yapon idmançıları Parisdəki Olimpiya Oyunlarında çoxlu qızıl medal qazanaraq təsirli nəticələr göstəriblər. İkincisi, Yaponiyanın Liberal Demokrat Partiyasında maliyyə hesabatlarının pozulması ilə bağlı böyük qalmaqal baş verib. Bundan əlavə, Yaponiyanın Sado adasındakı qızıl və gümüş mədənləri UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

"Qızıl" heroqlifi çox vaxt olimpiya oyunları keçiriləndə ilin rəmzi seçilir, ona görə də bir çox müşahidəçilər bu il məhz onun qalib gələcəyini güman edirdilər", - deyə yerli ekspertlər qeyd edirlər. 

Maraqlıdır ki, ötən il Yaponiyada ictimaiyyətin bu mövzuya artan diqqəti səbəbindən "vergi" heroqlifi ilin rəmzi seçilib. 2022-ci ildə yaponlar "döyüş, müharibə" heroqlifini, 2021-ci ildə isə yenə "qızıl" heroqlifini seçiblər ki, bu da yapon idmançıların Tokiodakı ev Olimpiadasında rekord sayda qızıl medal qazanması ilə bağlı olub.

Qeyd edək ki, ilin rəmzinin müəyyən edilməsi mərasimi Yaponiyada 1995-ci ildən keçirilir və bu il 30-cu yubiley mərasimi olub. Ənənə artıq bitmək üzrə olan ildə ölkədə ən əhəmiyyətli hadisə və fenomenləri əks etdirir. /Oxu.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri