Tanınmış aparıcının evinə silahlı basqın edildi Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tanənmış aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə silahlı basqın edilib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.
“Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib.
Hadisə zamanı evdən 3 mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları 99-ME-007, 90-YA-094, 10-CE-025, 90-NS-727-dir.
Hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edirəm”, - o paylaşımında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Noyabr 2026 03:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















