Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

30 illik işğalın son nöqtəsi: 20 Sentyabr həm də dövlətçilik Zəfəridir

30 illik işğalın son nöqtəsi: 20 Sentyabr həm də dövlətçilik Zəfəridir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan xalqının uzun illər davam edən işğal və məcburi köçkünlük ağrısının ardınca qazandığı tarixi Zəfərin mühüm mərhələsini, dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasını və milli dövlətçilik tarixində yeni mərhələnin başlanmasını ifadə edir.

Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi də bu tarixi hadisənin dövlətçilik baxımından müstəsna əhəmiyyətini təsdiqləyir. Sərəncamda 2023-cü il sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa edildiyi qeyd olunur.

20 Sentyabrın tarixi kökləri

20 Sentyabrı tarixi Azərbaycan dövlətinin təxminən üç onillik ərzində üzləşdiyi işğal, ərazi bütövlüyünün pozulması və separatizm probleminin yekun mərhələsi kimi tarixə düşüb.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsi yüz minlərlə insanın doğma torpaqlarından didərgin düşməsinə, şəhər və kəndlərin dağıdılmasına, tarixi-mədəni irsin ciddi zərər görməsinə səbəb oldu. Xocalı faciəsi isə həmin dövrün ən ağır səhifələrindən biri kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Azərbaycan Prezidentinin Dövlət Suverenliyi Günü ilə bağlı Sərəncamında da işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılar, etnik təmizləmə və Xocalı soyqırımı xüsusi vurğulanır.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və uzunmüddətli siyasət həyata keçirdi. 2020-ci ilin Vətən müharibəsi həmin tarixi prosesin dönüş nöqtəsinə çevrildi.

8 Noyabrdan 20 Sentyabra uzanan Zəfər yolu

2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin həlledici hadisələrindən biri oldu və Azərbaycan üçün tarixi Zəfərin simvoluna çevrildi.

Lakin 2020-ci il Zəfəri ilə proses tam başa çatmadı. Qarabağın müəyyən hissəsində separatçı rejimin mövcudluğu davam edir, Azərbaycanın dövlət suverenliyi həmin ərazilərdə tam şəkildə həyata keçirilə bilmirdi.

Bu baxımdan 20 Sentyabr 2023-cü il 8 Noyabr 2020-ci ildə əldə edilmiş Zəfərin məntiqi davamı və tamamlayıcı mərhələsi oldu.

Azərbaycanın rəsmi mövqeyinə əsasən, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinin məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi, ərazilərdən çıxarılması və konstitusiya quruluşunun bərpası idi. Bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycan öz ərazisində dövlət suverenliyini tam bərpa etdi.

Beləliklə, Azərbaycan tarixində iki mühüm sentyabr hadisəsi – 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi və 2023-cü ilin 20 sentyabrında başa çatan antiterror tədbirləri – bir-birini tamamlayan tarixi mərhələlərə çevrildi.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – Zəfərin rəmzləri

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyənləşdirilməsi də təsadüfi deyil. Prezidentin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bu şəhərlərin gününün məhz 20 sentyabrda qeyd olunması müəyyənləşdirilib.

Bu şəhərlərin hər biri Azərbaycanın Qarabağ tarixində xüsusi yer tutur.

Xankəndi uzun illər ərzində separatçı idarəetmənin mərkəzi kimi təqdim edilirdi. 2023-cü ilin sentyabrından sonra isə Azərbaycan dövlətinin idarəçiliyi burada tam bərpa edildi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Dövlət Bayrağını ucaltması Azərbaycanın dövlətçilik tarixinin simvolik hadisələrindən birinə çevrildi.

Xocalı isə Azərbaycan xalqının yaddaşında xüsusi və ağrılı məna daşıyır. 1992-ci il Xocalı faciəsi Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olaraq yadda qalıb. 2023-cü ilin sentyabrında Xocalının azad edilməsi bu şəhərin tarixində yeni mərhələnin başlanması demək idi. Sonrakı mərhələdə şəhərdə bərpa-quruculuq işlərinə başlanıldı və keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilməyə başladı.

Xocavənd və Ağdərə də uzun illər işğal altında qalmış ərazilər sırasında idi. 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin həmin ərazilərdə tam bərpa olunması nəticəsində bu şəhərlərin də ölkənin vahid inzibati və hüquqi məkanına qayıdışı təmin edildi.

20 Sentyabrın əhəmiyyətini yalnız hərbi uğur çərçivəsində qiymətləndirmək bu tarixin siyasi mahiyyətini tam əks etdirməz.

Bu tarix, ilk növbədə, Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətinin bərpası deməkdir.

Dövlət suverenliyi yalnız sərhədlərin xəritədə müəyyən edilməsi ilə məhdudlaşmır. Suveren dövlət öz ərazisində qanunun aliliyini təmin edən, dövlət institutlarının fəaliyyətini həyata keçirən və bütün ərazi üzərində konstitusion hakimiyyətini reallaşdıran dövlətdir.

Bu baxımdan 20 Sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində prinsipial dönüş nöqtəsidir.

30 il ərzində Azərbaycan ərazisinin bir hissəsində dövlət idarəçiliyinin faktiki həyata keçirilməməsi ölkənin qarşısında ciddi təhlükəsizlik və siyasi problemlər yaratmışdı. 20 Sentyabr 2023-cü il isə həmin vəziyyətə son qoydu.

Azərbaycan Prezidentinin rəsmi Sərəncamında da vurğulandığı kimi, həmin gün Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edildi və dövlət suverenliyi bərpa olundu.

Qarabağda yeni dövr

20 Sentyabrdan sonra Qarabağ üçün tamamilə yeni mərhələ başladı. Artıq əsas gündəm ərazi bütövlüyünün təmin edilməsi deyil, azad edilmiş ərazilərin bərpası, müasir şəhərlərin salınması, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir.

Bu baxımdan Böyük Qayıdış proqramı hərbi Zəfərin sosial və humanitar nəticələrinin reallaşdırılması mərhələsidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı həyata keçirilən bərpa və quruculuq işləri Qarabağın yalnız işğaldan azad edilmədiyini, həm də yenidən qurulduğunu göstərir. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, şəhərdə təhsil və sosial infrastrukturun inkişaf etdirilməsi, Xocalıda yeni yaşayış məhəllələrinin salınması və keçmiş məcburi köçkünlərin qayıdışı bu yeni mərhələnin konkret nümunələridir.

Beləliklə, Azərbaycanın Qarabağ siyasətində “işğaldan azad etmə” mərhələsindən “quruculuq və inkişaf” mərhələsinə keçid baş verib.

Tarixin yaddaşında 20 Sentyabr

Azərbaycanın müasir tarixində 20 Sentyabrın yeri məhz bu ardıcıllıqla müəyyənləşir: işğal - mübarizə - Vətən müharibəsi - Zəfər- suverenliyin tam bərpası -Böyük Qayıdış.

Bu baxımdan 20 Sentyabr Azərbaycanın üç onillik ərzində davam edən ərazi bütövlüyü mübarizəsinin mühüm yekun nöqtəsidir.

8 Noyabr Şuşanın azad edilməsi ilə Azərbaycan xalqına tarixi Zəfərin sevincini yaşatdısa, 20 Sentyabr həmin Zəfərin dövlət suverenliyi baxımından tam nəticəyə çevrilməsini təmin etdi.

Bu iki tarix bir-birindən ayrılmazdır. 8 Noyabr Zəfərin, 20 Sentyabr isə dövlət suverenliyinin tam bərpasının simvoludur.

Bu gün Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan bayrağının dalğalanması təkcə hərbi qələbənin deyil, Azərbaycan dövlətçiliyinin tarixi iradəsinin təcəssümüdür.

20 Sentyabrın əsas tarixi mesajı da məhz budur: Azərbaycan xalqı öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi, işğalın yaratdığı ağır tarixi mərhələni geridə qoydu və Qarabağda yeni inkişaf dövrünə qədəm qoydu.

Bu səbəbdən 20 Sentyabr yalnız bir təqvim günü deyil. O, Azərbaycanın müstəqillik tarixində dövlət suverenliyinin, milli iradənin və tarixi Zəfərin rəmzlərindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri