Icma.az
close
up
RU
30 yaşa çatmadan bu vərdişləri tərgidin

30 yaşa çatmadan bu vərdişləri tərgidin

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az bildirir ki. araşdırmalara görə, iş həyatında inkişafın qarşısını alan əsas amillərdən biri yalnız peşə bacarıqlarının çatışmazlığı deyil, eyni zamanda ünsiyyət problemləri və sosial davranış qaydalarına əməl edilməməsidir.

Görüşlərdə telefondan istifadə etmək mənfi təsir yaradır

Mütəxəssislər bildirirlər ki, görüş zamanı, yeməkdə və ya vacib söhbət əsnasında telefona baxmaq qarşı tərəfdə laqeydlik hissi yarada bilər. Xüsusilə iş mühitində bu davranış insan haqqında mənfi ilk təəssürat formalaşdıra bilər. Bu səbəbdən telefonun səssiz rejimə keçirilməsi, ekranı aşağı çevrilməsi və ya vacib görüşlər zamanı ümumiyyətlə kənarda saxlanılması tövsiyə olunur.

Maddi məsələlərdə məsuliyyətli davranmaq vacibdir

Dostlarla keçirilən görüşlərdə və qrup fəaliyyətlərində davamlı olaraq başqalarının ödəməsini gözləmək münasibətlərə zərər verə bilər. Mütəxəssislər qeyd edirlər ki, maddi çətinlik olduqda bunu əvvəlcədən açıq şəkildə bildirmək və uyğun alternativlər təklif etmək daha düzgün yanaşmadır.

Daim təxirə salınan “sonra mən ödəyərəm” vədlərinin isə zamanla etimad itkisinə səbəb ola biləcəyi vurğulanır.

Tənqid zamanı düzgün üslub seçmək önəmlidir

Mütəxəssislərin fikrincə, sərt və dağıdıcı tənqid əvəzinə konstruktiv yanaşma insanlarla daha sağlam münasibət qurmağa kömək edir.

“Bu çox pisdir” ifadəsi əvəzinə “bu hissə daha yaxşılaşdırıla bilər” kimi yanaşmalar həm peşəkarlığı, həm də liderlik bacarıqlarını göstərir.

“Təşəkkür edirəm”, “üzr istəyirəm” və “xeyr” deməyi bacarmaq lazımdır

Mütəxəssislər bildirirlər ki, minnətdarlıq bildirmək, səhv olduqda üzr istəmək və lazım gəldikdə “xeyr” deməyi bacarmaq yetkin davranışın əsas göstəricilərindəndir.

Bu ifadələri düzgün və səmimi şəkildə istifadə edən insanların həm iş, həm də şəxsi münasibətlərdə daha güclü əlaqələr qurduğu qeyd olunur.

Ekspertlərin fikrincə, bu vərdişləri 30 yaşdan əvvəl formalaşdırmaq insanın daha sağlam sosial və peşəkar kimlik qurmasına kömək edir.(Demokrat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri