Icma.az
close
up
RU
30 yaşlı uşaqlar Onları evdə saxlayan nədir?

30 yaşlı uşaqlar Onları evdə saxlayan nədir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

30 yaşdan sonra hələ də valideyn hesabına yaşayan gənclərin sayı artır. Bu vəziyyətin arxasında yalnız iqtisadi çətinliklər deyil, psixoloji və sosial faktorlar da dayanır. Bəzi hallarda uzunmüddətli rahatlıq zonası insanın müstəqil qərar vermək və məsuliyyət daşımaq bacarığını zəiflədə bilir. Psixoloqlara görə, həddindən artıq qoruyucu ailə münasibətləri emosional asılılığın formalaşmasına səbəb olur. 
Məsələ ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, müasir dövrdə otuz yaşdan sonra valideynlərlə birlikdə yaşamaq təkcə iqtisadi məsələ deyil, eyni zamanda psixoloji, sosial və mədəni faktorlarla bağlı mürəkkəb mövzudur:
"Bu məsələyə stereotiplərlə deyil, insanın həyat şəraiti, emosional vəziyyəti və inkişaf dinamikası prizmasından yanaşmaq daha doğrudur. Çünki hər bir insanın ailə modeli, maddi imkanları, psixoloji yetkinliyi və həyat yolu fərqlidir. Əvvəlki dövrlərlə müqayisədə bu gün gənclərin ailə qurma yaşı yüksəlib, iqtisadi çətinliklər artıb, mənzil problemləri daha ciddi xarakter alıb. Bir çox hallarda insanlar maddi sabitlik əldə etmədən ayrı yaşamağa qərar vermirlər. Xüsusilə böyük şəhərlərdə kirayə və yaşayış xərclərinin yüksək olması valideynlərlə birgə yaşamağı praktik seçimə çevirir. Bu səbəbdən məsələyə yalnız “asılılıq” kimi baxmaq düzgün deyil".
Psixoloq deyib ki, digər tərəfdən, psixoloji baxımdan burada mühüm məqam var:
"İnsan bioloji olaraq böyüsə də, emosional və sosial yetkinlik ayrıca formalaşır. Bəzi insanlar yaşca böyük olsalar belə, qərar vermək, məsuliyyət daşımaq və müstəqil həyat qurmaq mövzusunda çətinlik yaşayırlar. Əgər ailə daxilində həddindən artıq qoruyucu münasibət varsa, övladın bütün ehtiyacları daim valideyn tərəfindən qarşılanırsa, zamanla “psixoloji komfort zonası” yaranır. İnsan risk almaqdan, məsuliyyət götürməkdən və fərdi həyat qurmaqdan çəkinə bilir. Belə hallarda bəzən görünməyən emosional asılılıq formalaşır. İnsan özünü təhlükəsiz hiss etdiyi mühitdən ayrılmaq istəmir. Çünki müstəqil həyat təkcə azadlıq deyil, eyni zamanda qərarların nəticəsinə görə cavabdehlik deməkdir. Bu isə müəyyən daxili narahatlıq yarada bilir. Xüsusilə uşaqlıqdan öz fikrini ifadə etməyə, seçim etməyə və sərbəst davranmağa çox imkan verilməyən şəxslərdə bu vəziyyət daha çox müşahidə olunur".
O deyib ki,  burada vacib məqamlardan biri odur ki, valideynlə yaşamaq hər zaman psixoloji problem göstəricisi deyil:
"Dünyanın bir çox ölkəsində çoxnəsilli ailə modeli normal qəbul olunur. Bəzi insanlar valideynlərinə dəstək olmaq üçün, bəziləri ailə bağlarını qorumaq üçün, bəziləri isə mədəni dəyərlərə görə birlikdə yaşayırlar. Əsas məsələ insanın psixoloji baxımdan nə qədər müstəqil olmasıdır. Ayrı evdə yaşayıb tam asılı düşüncə tərzinə sahib olmaq da mümkündür, valideynlə eyni evdə yaşayıb emosional və sosial baxımdan yetkin olmaq da. Problemin riskli tərəfi odur ki, uzunmüddətli asılılıq şəxsin öz potensialını reallaşdırmasına mane ola bilər. İnsan bəzən həyatını ertələməyə başlayır. Qərar verməkdən yayınır, təşəbbüs göstərmir, sosial münasibətlərdə passivləşir. Bu isə zamanla özgüvənə, şəxsi inkişaf prosesinə və hətta münasibət qurmaq bacarığına təsir edə bilir. Xüsusilə ailə daxilində həddindən artıq nəzarət və müdaxilə varsa, insanın fərdi sərhədləri zəifləyir.
Valideynlər üçün də burada incə balans vacibdir. Övladı qorumaq və dəstək olmaq təbiidir. Amma müəyyən yaşdan sonra insanın öz həyat məsuliyyətini daşımasına imkan yaratmaq psixoloji inkişaf baxımından çox önəmlidir. Çünki şəxsiyyət müstəqil qərarlar, həyat təcrübəsi və məsuliyyət üzərindən formalaşır.
Ən sağlam yanaşma qarşılıqlı hörmət və psixoloji yetkinlik üzərində qurulan münasibətdir. İnsan valideynləri ilə yaşasa belə, şəxsi qərarlarını verə bilirsə, iqtisadi və emosional məsuliyyət daşıyırsa, gələcək planları varsa və sosial həyatdan uzaqlaşmırsa, bu vəziyyəti avtomatik olaraq mənfi qiymətləndirmək düzgün olmaz. Məsələyə yaş üzərindən deyil, şəxsin psixoloji inkişaf səviyyəsi və həyat funksionallığı prizmasından baxmaq daha peşəkar yanaşmadır",- deyə o qeyd edib. 
Psixoloq həmçinin qeyd edib ki, valideynlə birgə yaşamaq hər zaman problem demək deyil. Əsas meyar insanın psixoloji baxımdan nə dərəcədə sərbəst olmasıdır. Əgər uzunmüddətli asılılıq şəxsin öz potensialını reallaşdırmasına mane olursa, təşəbbüskarlığını itirirsə, bu artıq riskli vəziyyətdir. Valideynlər övladlarına dəstək olarkən onlara öz həyat məsuliyyətlərini daşımağa şərait yaratmalıdırlar.
Yəni, 30 yaşdan sonra valideynlə yaşamağın mənfi hal kimi qiymətləndirilməsi şəxsin emosional müstəqilliyindən və qərar vermə bacarığından asılıdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri