Icma.az
close
up
RU
300 bal toplasa da Adı siyahıda yoxdur

300 bal toplasa da Adı siyahıda yoxdur

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlananda diqqətlər əsasən 300 bal toplayan cəmi bir abituriyentin üzərində cəmləndi. Amma maraqlısı odur ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov da imtahanda mümkün olan ən yüksək nəticəni - 300 balı toplayıb. Ölkə üzrə cəmi iki nəfərin əldə etdiyi bu nəticə böyük uğur hesab olunsa da, bir detal bu uğurun rəsmi şəkildə tanınmasına sual yaradıb.

Məsələ ondadır ki, abituriyent məktəbdə tədris olunan xarici dildən fərqli dil seçib. Məlumat üçün bildirək ki, buraxılış imtahanlarında xarici dil fənni üzrə nəticənin nəzərə alınması üçün şagirdin məktəbdə tədris olunan dili seçməsi tələb olunur. Əgər abituriyent imtahanda məktəbdə keçirilən dildən fərqli bir xarici dil seçirsə, həmin nəticə buraxılış imtahanı üzrə etibarlı hesab edilmir. Çünki buraxılış imtahanı məktəb proqramı əsasında keçirilir və qiymətləndirmə də tədris olunan fənn üzrə aparılır.

Bu tələb yalnız buraxılış imtahanına aiddir. Qəbul imtahanlarında isə bəzi hallarda abituriyent fərqli xarici dil seçə bilər. Lakin attestat və buraxılış nəticələrinin formalaşdırılmasında məktəbdə keçirilən dil əsas götürülür.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Əhməd nəticəsini ilk dəfə hazırlıq müəllimlərinin yaratdığı qrupda öyrəndiyini deyib.

“Hazırlıq müəllimimiz qrupumuza yazdı ki, mən 300 bal toplamışam. Bu xəbəri görəndə çox sevindim. Bu mənim üçün həm sevindirici, həm də qürurverici bir hiss idi. Həddindən artıq həyəcanlı idim və nə edəcəyimi bilmirdim”,- abituriyent qeyd edib.

O deyib ki, məktəbdə əsas xarici dil rus dili olsa da, bu fəndə özünü zəif hiss etdiyi üçün ingilis dilini seçib:

“Çünki ingilis dilini daha yaxşı bilirdim. Həm də düşünürəm ki, müasir dövrdə ingilis dili daha vacib və perspektivli bir dildir”.

Əhməd uğurunun arxasında uzun illərin zəhmətinin dayandığını deyir:

“1-ci sinifdən dərslərimi həmişə yaxşı oxumuşam. Məktəb müəllimlərim mənə çox dəstək olublar, üzərimdə böyük əməkləri var. Hamısına dərin minnətdarlığımı bildirirəm. Valideynlərim də hər zaman yanımda olublar, mənə motivasiya veriblər. Onlara çox şey borcluyam”.

O, hazırlıq müddətində əsas diqqəti zəif olduğu mövzulara yönəldib:

“Buraxılış imtahanı ərəfəsində riyaziyyatdakı boşluqlarımı doldurmaq üçün gecə-gündüz çalışdım. Azərbaycan dili fənnində mətnlər üzərində daha çox işlədim, onlara xüsusi vaxt ayırdım. İngilis dilində isə söz ehtiyatımı artırmağa, xüsusilə sinonimlərə diqqət yetirdim. Düşünürəm ki, insan öz zəif tərəflərini yalnız özü düzəldə bilər”.

Gələcək planlarından danışan Əhməd deyir ki, İT ixtisası üzrə ingilis dilində təhsil almaq istəyir:

“Yüksək nəticə əldə etmək istəyən abituriyentlərə əsas tövsiyəm odur ki, özlərinə hədəf qoysunlar və hər zaman özlərinə inansınlar”.

O hesab edir ki, düzgün yuxu rejimi və planlı hazırlıq uğurun əsas şərtlərindəndir:

“Məncə, səhər saat 6-7-də oyanmaq dərs üçün ən ideal vaxtdır. Çünki səhər saatlarında beyin daha ayıq olur. Yuxu rejimi isə hər kəs üçün fərqlidir. Bir nəfər üçün uyğun olan rejim başqa biri üçün ideal olmaya bilər. Amma ümumi olaraq düşünürəm ki, orta hesabla 7 saat yuxu kifayət qədər uyğundur”.

Əhməd deyir ki, bəzi günlər gecə saatlarına qədər dərs çalışıb:

“Adətən gecə saat 12-də yatırdım. Lakin bəzi günlər dərsə görə gecə saat 1-2-yə qədər çalışırdım. Yeni öyrənilən mövzunu həmin gün təkrar etmək çox vacibdir. Bu, mövzunun daha yaxşı yadda qalmasına kömək edir. Təkrar və sınaqlara vaxt ayırmaq da olduqca önəmlidir. Çünki təkrar biliklərin unudulmamasını təmin edir, sınaqlar isə zəif tərəflərimizi görməyə imkan yaradır”.

O, sınaqlarda etdiyi səhvlər üzərində xüsusi işlədiyini də vurğulayıb:

“Sınaqlarda səhv etdiyim və ya cavablandıra bilmədiyim sualları dairəyə alırdım. Daha sonra onları əvvəlcə özüm həll etməyə çalışırdım. Bacarmadığım hallarda müəllimlərimdən soruşur və ya yutub vasitəsilə izahlara baxırdım”.

Əhmədin fikrincə, dərs oxumaqda əsas məsələ vaxt yox, keyfiyyətdir:

“Gündəlik dərs oxuma müddətim dəyişirdi. Amma düşünürəm ki, əsas məsələ dərs oxuma müddəti deyil, onun keyfiyyətidir. Məsələn, 30-35 dəqiqə dərs oxuyub 5-10 dəqiqə fasilə vermək daha effektiv nəticə verir. Bundan əlavə, gün ərzində hansı fəndən hansı mövzuları oxuyacağını və hansı sınaqları yazacağını əvvəlcədən planlaşdırmaq da çox vacibdir”.

Əhməd bildirir ki, blok imtahanında 1-ci qrupun Rİ altqrupu üzrə iştirak edəcək:

“Ümumilikdə isə abituriyentlərə tövsiyəm budur ki, özlərinə hədəf qoysunlar, öz güclərinə inansınlar, çox çalışsınlar və vaxtlarını düzgün idarə etsinlər. Unutmaq olmaz ki, mümkünsüz heç nə yoxdur”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri