Icma.az
close
up
RU
300 bal toplayan Zəhra: Çox yox, sistemli oxumaq lazımdır

300 bal toplayan Zəhra: Çox yox, sistemli oxumaq lazımdır

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zəhra Zərbəliyeva bildirib ki, nəticəni öyrəndiyi an onun üçün həm həyəcanlı, həm də unudulmaz olub:

"Çox həyəcanlandım. Müəlliməm və rəfiqəm yanımda idilər. Nəticəyə baxanda bir anlıq inana bilmədim. Sonra hamımız sevinc hissi keçirdik. Ətrafımdakı insanların reaksiyası məni daha da sevindirdi".

Şagird yüksək nəticəyə təsir edən əsas amillərdən danışarkən sistemli hazırlığın vacibliyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, uğur təsadüf deyil, düzgün planlaşdırılmış rejimin nəticəsidir:

"Orta hesabla gündə 3-4 saat dərs oxuyurdum. Əsas məsələ sistemli olmaqdır. Sadəcə, çox oxumaq yox, düzgün və planlı şəkildə oxumaq lazımdır. Düşünürəm ki, şagird həm dərslərinə, həm də istirahətinə vaxt ayırmalıdır. Bu balans qorunanda nəticə daha yaxşı olur".

Z.Zərbəliyeva qeyd edib ki, yüksək nəticə əldə etmək üçün erkən mərhələdən məqsəd müəyyənləşdirmək mühüm rol oynayır:

"Əvvəldən məqsəd qoymaq vacibdir. Mən birinci sinifdən bütün fənləri yaxşı oxumuşam, həmişə əlaçı olmuşam. Bu da sonrakı nəticələrimə təsir edib. Qırmızı attestatım var".

Gələcək planlarından danışan Zəhra informasiya texnologiyaları sahəsində təhsil almaq istədiyini bildirib. O, bu sahədə özünü inkişaf etdirərək uğurlu mütəxəssis olmağı hədəflədiyini deyib.

Şagird qəbul imtahanı ilə bağlı gözləntilərini də bölüşüb:

"İnşallah, qəbul imtahanında da yüksək nəticə göstərərək 350-dən yuxarı bal toplamağı hədəfləyirəm".
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Aprel 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri