300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib.
300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Bakı şəhəri 103 nömrəli məktəbin şagirdi İsmayılzadə Nərgiz imtahan təəssuratlarını Trend-ə bölüşüb.
Ölkə birincisi olan Nərgiz bildirib ki, imtahan nəticələrini atasından öyrənib.
"Onun sevincli səsini eşidəndə məlum oldu ki, ölkə birincilərindən olmuşam. Çox sevindim və həyəcanlandım. Ölkə birincilərindən olmaq çox gözəl hissdir. İmtahan sualları ümumilikdə çətin deyildi. Mənim üçün ən rahat fənn ingilis dili oldu".
Nərgiz qeyd edib ki, 4-cü ixtisas qrupu üzrə hazırlaşmağı planlaşdırır:
"Gələcəkdə tibb sahəsini seçməyi düşünürəm. Xüsusilə cərrah olmaq istəyirəm. Hazırda əsas hədəfim Qarabağ Universiteti-ndə təhsil almaqdır".
"İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur ki, çox çalışsınlar və hər gün mütəmadi şəkildə dərs oxusunlar. Davamlı hazırlıq uğurun əsas açarıdır", - o, əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 May 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















