Icma.az
close
up
RU
300 ballıq ixtisasların 150 bala düşəcəyi real görünmür Təhsil eksperti

300 ballıq ixtisasların 150 bala düşəcəyi real görünmür Təhsil eksperti

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2026–2027-ci tədris ili üzrə ixtisas seçimi ərəfəsində 150–200 bal toplayan abituriyentlər arasında rəqabətin yüksək olacağı gözlənilir.

Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert bildirib ki, bu il qəbul prosesi ilə bağlı səsləndirilən bəzi proqnozlar özünü doğrultmayıb. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) rəhbərliyinin yekun nəticələrdən sonra səsləndirdiyi bəzi fikirlər də müzakirələrə səbəb olub.

"Kompüter mühəndisliyi ixtisasının 150 ballıq ixtisaslar sırasında göstərilməsi reallığa uyğun deyil. Bu ixtisas uzun illərdir 400-500 və daha yüksək bal toplayan abituriyentlər arasında rəqabətli olub. Ona görə də bu keçid balının birdən-birə 150 bala düşəcəyini düşünmək mümkün deyil", – deyə o bildirib.

Məzahir Məmmədlinin sözlərinə görə, ötən illərdə 300-500 bal aralığında qəbul aparan ixtisaslarda ciddi dəyişiklik gözlənilmir:

"300 balla qəbul aparan hansısa ixtisasın bu il 150-200 bal diapazonuna düşəcəyini düşünmürəm. Əvvəlki illərdə həmin ixtisaslara hansı bal aralığında qəbul olubsa, bu il də təxminən eyni vəziyyət müşahidə olunacaq".

Ekspert hesab edir ki, bu il ən ciddi rəqabət məhz 150-200 bal toplayan abituriyentlər arasında olacaq. Onun sözlərinə görə, aşağı keçid balı ilə qəbul aparan bəzi ixtisaslarda, xüsusilə əvvəlki illərdə daha çox aqrar istiqamətlərdə müşahidə olunan rəqabət bu il də davam edəcək.

Məzahir Məmmədli əlavə edib ki, ixtisas seçimi ilə bağlı dəqiq proqnoz vermək üçün əlavə qəbul imtahanlarının nəticələri də nəzərə alınmalıdır:

"Hələlik hansı ixtisasa neçə nəfərin müraciət edəcəyini və rəqabətin necə formalaşacağını bilmirik. Ona görə də indidən konkret keçid balları barədə danışmaq düzgün olmaz".

Ekspert, həmçinin qeyd edib ki, ikinci ixtisas qrupunda müraciət edənlərin sayında artım müşahidə olunur və bu səbəbdən həmin qrup üzrə rəqabətin daha da güclənəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri