Icma.az
close
up
RU
300 kilometr yol: Şəkidən Bakıya piyada yürüş Fotolar

300 kilometr yol: Şəkidən Bakıya piyada yürüş Fotolar

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Tanınmış idmançı Azad Məmmədov növbəti dəfə qeyri-adi bir sınağa imza atıb. O, Şəkidən Bakıya doğru piyada səfərə çıxıb. Artıq səfərin 9-cu günüdür və idmançının sözlərinə görə, təqribən bir gün sonra paytaxta çatması gözlənilir.

A.Məmmədov bu maraqlı yolçuluqla bağlı təəssüratlarını “Yeni Sabah”la bölüşüb:

- Piyada səyahətə necə qərar verdiniz?

- Əslində, bu yol təkcə mənim yolum deyil. Bu səfərə 3 nəfər çıxmışıq: mən, oğlum Əsgər və Qadir müəllim. Bu, həm nəsillərarası, həm də dəyər daşıyan bir yürüşdür. Bu ideyanın kökü daha əvvələ gedib çıxır. 2018-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tək Bakıdan Şəkiyə 6 günlük piyada səfər etmişdim. Həmin təcrübə göstərdi ki, piyada yol insanı həm özünə, həm də məqsədinə daha yaxın edir. Bu dəfə isə Şəkidən Bakıya doğru yola çıxmaq qərarı verdik.

- Bəs bu səfər nə ilə bağlıdır?

- Səfərimiz iki əlamətdar tarixlə bağlıdır: 24 dekabr - Prezident İlham Əliyevin doğum günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Bu tarixlər yürüşümüzün əsas mənəvi dayaq nöqtələridir.

- Bu səfər sizə hansı hissləri və düşüncələri yaşadır?

- Səbr sakitlik və davamlılıq. Yol uzandıqca insan öz daxili dünyasına daha çox enir. Fiziki yorğunluq olur, hava sərtləşir, amma bütün bunlar insanı dayandırmır - əksinə, möhkəmləndirir.

2018-ci ildə etdiyim səfərlə indiki yürüş arasında böyük fərq var: bu gün məsuliyyət daha böyükdür, baxış daha dərinləşib. Bu yol təkcə mənim üçün deyil, bir dəyəri ifadə etmək üçündür.

- Yol boyu qarşılaşdığınız ən çətin və maraqlı an nə olub?

- Ən çətin anlar fıziki yorğunluğun artdığı, xüsusən soyuq havada uzun məsafələr qət etdiyimiz vaxtlar olur. Amma maraqlıdır ki, bu çətinliklər bizi ayırmır, əksinə, daha da yaxınlaşdırır.

Ən yadda qalan anlar isə yolda qarşılaşdığımız insanlardır. Dayanıb maraqlananlar, hal-əhval tutanlar, dua edənlər... O an anlayırsan ki, bu yürüş təkcə 3 nəfərin deyil, niyyətin, birliyin yoludur.

Facebook WhatsApp Telegram Twitter Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri