35 dollara aldı, 721 min dollara satıldı: Kasanın inanılmaz hekayəsi
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-nin Konnektikut ştatında küçədə satılan cəmi 35 dollara alınan adi görünüşlü çini kasa sahibinə böyük sürpriz yaşadıb. Təxminən 600 illik tarixi olan əşya Nyu-Yorkda keçirilən hərracda 721 800 dollara satılıb. İlkin alış qiymətindən 20 mindən çox dəfə baha satılan kasanın dünyada cəmi 6 oxşar nümunəsinin olduğu məlum olub.
Banco.az xəbər verir ki, hadisə 2020-ci ildə Konnektikutda keçirilən küçə satışında baş verib. Kimliyi açıqlanmayan şəxs satışa çıxarılan əşyalar arasında diqqətini çəkən kiçik çini kasanı cəmi 35 dollara alıb.
Mavi və ağ naxışlı kasanın adi məişət əşyasından daha qiymətli ola biləcəyini düşünən alıcı onun fotolarını Sotheby's hərrac evinin mütəxəssislərinə göndərib. Araşdırma nəticəsində kasanın Çində Min sülaləsi dövründə, 1403–1424-cü illərdə imperator Yonqle hakimiyyəti zamanı hazırlanmış nadir əsər olduğu müəyyən edilib.
Hərracda 721 800 dollara satıldı
Tarixi dəyəri müəyyənləşdirilən kasa 17 mart 2021-ci ildə Nyu-Yorkda Sotheby's hərracına çıxarılıb. İlkin olaraq 300-500 min dollar arasında qiymətləndirilən əsər böyük maraq doğurub və alıcı komissiyası daxil olmaqla 721 800 dollara satılıb. Beləliklə, 35 dollara alınan kasanın satış qiyməti ilkin dəyərindən təxminən 20 623 dəfə yüksək olub.
Dünyada cəmi 6 oxşar nümunəsi var
Təxminən 16 santimetr diametrində olan kasanın ağ səthində kobalt mavisi çiçək naxışları yer alır. Nilufər, pion, xrizantema və nar çiçəyi motivləri ilə bəzədilən əsər özünəməxsus dizaynı ilə seçilir.
Sotheby's məlumatına görə, dünyada bu kasaya bənzər cəmi 6 nümunə mövcuddur. Onların bəziləri Taypeydəki Milli Saray Muzeyi, İran Milli Muzeyi, Londondakı Britaniya Muzeyi və Viktoriya və Albert Muzeyi kimi tanınmış kolleksiyalarda saxlanılır.
Min sülaləsinin Yonqle dövründə çini istehsalı imperator sarayının ciddi nəzarəti altında həyata keçirilirdi. Saray üçün hazırlanan kiçik çini qablar dövrün ən qiymətli sənət nümunələrindən sayılırdı. Bu günədək qorunub saxlanılan nümunələrin azlığı da onların dəyərini artırır.
Konnektikutda adi küçə satışından başlayan və Nyu-Yorkda yüz minlərlə dollarlıq hərracla nəticələnən bu hadisə antik əşyalar dünyasının maraqlı nümunələrindən biri hesab olunur. Hekayə ikinci əl satışlarda və evlərdə saxlanılan bəzi əşyaların gözləniləndən qat-qat böyük tarixi və maddi dəyərə malik ola biləcəyini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















