300 min eksponatın qorunduğu azərbaycanlı milyonçunun evindən FOTOREPORTAJ
Icma.az bildirir, Oxu.az portalına istinadən.
1920-ci ildə əsası qoyulmuş Milli Azərbaycan Tarixi Muzeyi tariximizin bütün dövrlərinə aid maddi və mənəvi nümunələrin qorunması və tanıdılması baxımından misilsiz sərvətə malikdir.
Bu muzey Azərbaycan ərazisində olan bütün qədim maddi-mədəniyyət abidələrinin elmi tədqiqatı ilə məşğuldur. Muzeyin yerləşdiyi bina azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olması baxımından xüsusilə diqqət çəkir. Muzeydə qədim zamanlardan bu günədək Azərbaycan tarixini əks etdirən 300 minə qədər eksponat altı şöbədə qorunub saxlanılır.
Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi-mədəniyyət nümunələri, xanlıqlar dövrünə aid müxtəlif eksponatlar, bayraqlar, şəhər-qalaların rəmzi açarları, sənədlər, geyimlər böyük maraq doğurur.
PhotoStock.az Milli Azərbaycan Tarixi Muzeyindən fotoreportajı təqdim edir:
Daha çox foto burada: PhotoStock.az
Baxış sayı:118
Bu xəbər 28 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















