Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

31 Mart soyqırımı: Qüdərtli Azərbaycan asanlıqla başa gəlməyib

31 Mart soyqırımı: Qüdərtli Azərbaycan asanlıqla başa gəlməyib

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. 

1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilmişdir".

Bununla bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Cebheinfo.az"-a açıqlama verib.

O qeyd edib ki, həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmişdir:

"Erməni cəlladları 10 minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışdılar.

Xüsusilə Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilmişdir. 1990-cı illərdən etibarən tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparılıb və nəticədə erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib. Həmçinin, Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir.

Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır".

O bildirib ki, Qərbi Azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalardan ilki də həmin dövrdə - 1918-1920-ci illərdə baş verib:

"1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci ilin əvvəllərindən etibarən başlamışdır.

Həmin ilin mart ayınadək erməni silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə isə 199 yaşayış məntəqəsini viran qoymuş, təxminən 135 min azərbaycanlı qətlə yetirilmişdir.

1918-ci il aprelin 29-da isə Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilmişdir. Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. 1918-1920-ci illərdə Qarabağa edilmiş yürüş nəticəsində Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.

Bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşmışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur. Həmçinin, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.

Bundan başqa, xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan elmi əsərlər və aparılan tədqiqatlar bu soyqırım reallığının dünyaya çatdırılmasında mühüm rol oynayır. Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir. 

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmişdir. 

Həmçinin ölkə başçısı İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır".

Deputat sonda əlavə edib ki,  bugünkü müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib:

"Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir.

Bununla belə, edilən haqsızlıqları heç zaman unutmamış və unutdurmamışdır. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq".

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:376
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri