31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.
Moderator.az bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 31 yaşlı Nigar Adilova beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə gətirilib.
Qeyd edək ki, N.Adilova 2015-ci ildən ADNSU-da fəaliyyətə başlayıb. O, 2017-2023-cü illərdə ADNSU ilə Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq çərçivəsində yaradılmış MBA proqramında tyutor və tədris texnologiyaları üzrə mütəxəssis kimi çalışıb.
2018-ci ildən etibarən həmin proqramda müəllim kimi fəaliyyət göstərən N.Adilova, 2023-cü ildən bu günədək MBA proqramının direktor müavini vəzifəsini icra edib.
Baxış sayı:190
Bu xəbər 16 Aprel 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















