Vinisiusun PSJ yə transferi ilə bağlı gözlənilməz açıqlama
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Fransanın PSJ klubu “Real Madrid”in hücumçusu Vinisius Junioru transfer etməyi planlaşdırmır.
İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabrizio Romano DAZN İspaniyanın “Fabrizio Responde” proqramında braziliyalı futbolçunun Paris təmsilçisinə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
PSJ-nin Vinisiusu transfer edib-etməyəcəyi barədə sualı cavablandıran Romano bu ehtimalı istisna edib.
“Xeyr. Bu, belə böyük ulduz olmayacaq”, - deyə insayder vurğulayıb.
Paris klubunun hücum xəttində yaranan ciddi problemlər qış transfer pəncərəsində yeni futbolçunun alınacağı ilə bağlı ehtimalları artırıb.
Komandanın aparıcı hücumçuları Dezire Due və Xviça Kvaratsxeliya dizlərinin ön çarpaz bağlarından ağır zədə alıblar. Hər iki futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu vəziyyət baş məşqçi Luis Enrikenin hücum xəttini gücləndirmək üçün transfer bazarına üz tutacağı barədə müzakirələrə səbəb olub.
Digər tərəfdən, Vinisiusun 2026/2027 mövsümünə uğursuz başlaması və “Real Madrid”dəki rolu ilə bağlı suallar onun gələcəyi ətrafında müxtəlif ehtimallar yaradıb.
Bununla belə, Romanonun son açıqlamasına əsasən, PSJ braziliyalı ulduzu transfer planlarına daxil etmir.
Baxış sayı:147
Bu xəbər 24 Noyabr 2026 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















