Icma.az
close
up
RU
32 ildən sonra “qazi” adını aldı MÜSAHİBƏ KONKRET

32 ildən sonra “qazi” adını aldı MÜSAHİBƏ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Birinci Qarabağ müharibəsinin ağır döyüşlərində iştirak edən, 1994-cü ildə Murovdağ istiqamətində yaralanan Arif Hacıyevin 32 illik ədalət mübarizəsi sona çatıb. Onun sənədlərindəki “fərari” qeydinin ləğvi və müharibə veteranı statusunun tanınması üçün aparılan uzun hüquqi proses həm məhkəmə müstəvisində, həm də ictimai müzakirələrdə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, demokrat.az Arif Hacıyevin 32 ildən sonra veteran statusunu qazanmasında böyük əməyi olan vəkil Çingiz Heydərov ilə söhbətləşib.

– Çingiz müəllim, ilk olaraq Arif Hacıyev haqqında məlumat verərdiniz… O kimdir və hərbi xidmət yolu necə başlayıb?

– 1974-cü doğumlu Arif Musa oğlu Hacıyev Beyləqan rayonunun Gödəklər kəndinin sakinidir. O, 1991-ci ildə hərbi xidmətə çağırılıb. Həmin dövrün ictimai-siyasi vəziyyəti çox gərgin idi, ölkə müharibə şəraitində yaşayırdı. Hərbi xidmətini başa vurduqdan sonra isə çox qısa müddət ərzində Birinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulub.

O, heç bir məcburiyyət olmadan, öz təşəbbüsü ilə hərbi komissarlığa müraciət edərək döyüş bölgəsinə göndərilməsini istəyib. O illərdə proseslər çox sürətli gedirdi, demək olar ki, xüsusi hazırlıq mərhələsi yox idi. Əsgərlər bəzən bir neçə gün içində birbaşa cəbhəyə yollanırdı.

Arif Hacıyev

– Müharibə dövründə onun iştirakı hansı istiqamətləri əhatə edib?

– Arif Hacıyev 1992-ci ilin sonlarından başlayaraq 1994-cü ilin mayında atəşkəsin imzalanmasına qədər müxtəlif döyüş istiqamətlərində iştirak edib. Bu, Azərbaycanın ən ağır müharibə dövrlərindən biri idi.Onun iştirak etdiyi sonuncu və ağır döyüş 1994-cü ilin 14 fevralında Murovdağ uğrunda olub. Həmin vaxt Azərbaycan hərbi bölmələri mühasirəyə düşmüşdü və ciddi itkilər verilmişdi. O döyüşlərdə Arif Hacıyev də ağır yaralanıb. Topuq nahiyəsindən aldığı güllə yarası nəticəsində ayağı ciddi şəkildə zədələnib və demək olar ki, funksionallığını itirib.

– Yaralandıqdan sonra onun təxliyəsi və müalicəsi necə olub?

– Yaralı vəziyyətdə döyüş bölgəsindən çıxarılması çox çətin olub. Əvvəlcə Toğanada hərbi hissəyə çatdırılıb, daha sonra isə helikopterlə Bakıya göndərilib. Həmin dövrdə təəssüf ki, vəziyyət çox ağır idi, yaralı əsgərlər və şəhidlər eyni reyslə daşınırdı.

Arif Hacıyev Sabunçu xəstəxanasına yerləşdirilib. Orada onun ayağı əməliyyat edilib, bir müddət xəstəxanada qalıb. Daha sonra xəstəxanada yer çatışmazlığı və şəraitin ağır olması səbəbindən bir müddət sonra evə buraxılıb. O, yaralı ayağı ilə ev şəraitində müalicə almağa məcbur qalıb. Bu isə onun sağalma prosesini daha da çətinləşdirib.

Vəkil Çingiz Heydərov

– Müharibədən sonra onun vəziyyəti necə olub?

– 1994-cü ilin mayında atəşkəs imzalansa da, Arif Hacıyevin problemləri bitməyib. O, bir müddət sonra yenidən, hələ yarası tam sağalamamış hərbi xidmətə qayıtmaq üçün Beyləqan rayon Hərbi Komisarlığına müraciət edib. Onu yenidən hərbi xidmətə qəbul ediblər.

1997-ci ildə isə səhhətində daha ciddi problemlər yaranıb. Ağciyərinin hər iki hissəsində ağır pnevmoniya, o dövrdə “vərəm” kimi tanınan xəstəlik aşkarlanıb. Bu səbəbdən o, hərbi xidmətə yararsız hesab edilərək ordudan tərxis olunub.

– Veteran statusu ilə bağlı problem necə yaranıb?

– Əsas problem onun hərbi sənədlərində “fərari” kimi qeyd olunması idi. Halbuki o, yaralı idi, xəstəxanada və evdə müalicə alırdı. Sadəcə olaraq həmin müddətdə hərbi hissədə fiziki olaraq olmadığı üçün hərbi biletində əsassız şəkildə “fərari” qeydi aparılıb.

Bu isə onun illərlə hüquqlarını bərpa etməsinə mane olub. O, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hər dəfə eyni cavabla qarşılaşıb: “sənədlərdə fərari qeyd olunduğu üçün veteran statusu verilə bilməz”.

– Siz bu işə nə zaman qoşuldunuz və ilk addımlar nə oldu?

– Mən 2022-ci ildə könüllü olaraq, təmanassız bu işə qoşuldum. İlk addım olaraq məqsəd hərbi biletindəki “fərari” qeydinin ləğvi idi. Çünki bu qeyd bütün hüquqi proseslərin qarşısını alırdı.

Məhkəməyə müraciət etdik və iş Şirvan İnzibati Məhkəməsində baxılmağa başladı.

– Məhkəmə prosesi necə keçirdi?

–  Məhkəmə prosesinin gedişində bizim tərəfimizdən Arif Hacıyevin müharibədə iştirakını təsdiq edən bütün mötəbər sübutlar məhkəməyə təqdim edildi. Bu sübutlar əsasında məhkəmə iddia tələblərimizi təmin etmiş, Arif Hacıyevin hərbi biletdəki fərqli qeydlərini isə etibarsız hesab etdi. Doğrusu, biz düşünürdük ki, məhkəmənin fərqli qeydi etibarsız hesab etməsindən sonra Müdafiə Nazirliyi Arif Hacıyevin müraciətini təmin edəcək və ona layiq olduğu veteran statusunun və müvafiq vəsiqənin verilməsi barədə qərar qəbul edəcək.  Təəssüf olsun ki, Müdafiə Nazirliyi bu dəfə də keçmiş döyüşçünün və qazinin taleyinə layiqincə yanaşmayaraq, tamamilə fərqli bir imtina qərarı verdi.

– Müdafiə Nazirliyinin mövqeyi necə idi?

–  Müdafiə Nazirliyi 4 il davam edən çoxsaylı məhkəmə proseslərinin heç birində iştirak etməyib. Sadəcə olaraq öz mövqeyini 3-5 cümləlik standart etirazlar şəklində təqdim etməklə kifayətlənib.

– Son nəticə necə oldu?

–  Şirvan İnzibati Məhkəməsinin ədalətsiz və əsassız qərarından apellyasiya şikayəti verildi və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatına daxil edildi. İş üzrə sədrlik edən hakim Mirlətif Sadıqovun icraatında hərtərəfli və obyektiv araşdırılaraq, Şirvan İnzibati Məhkəməsinin müvafiq qərarı ləğv edildi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olundu.

– Bu qərarı necə qiymətləndirirsiniz?

– Bu, sadəcə hüquqi qərar deyil, 32 illik bir ədalət mübarizəsinin nəticəsidir. Arif Hacıyev bu illər ərzində həm fiziki və mənəvi ağrılarla, həm də hüquqi sistemlə mübarizə aparıb.

O, dəfələrlə deyirdi ki, “mən haqqım olan 80 manatı istəmirəm, mənə sadəcə haqqım olan adı verin”. Bu cümlə əslində hər şeyi izah edir.  Bütövlükdə Şirvan Apellyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı və ədalətlidir.  Bu hadisə bir daha göstərdi ki, müharibə iştirakçılarının hüquqlarının qorunması sahəsində boşluqlar hələ də var. Döyüşdə iştirak etmiş insanların illərlə öz statuslarını sübut etməyə məcbur qalması ciddi problemdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən çıxarılmış ədalətli qərara görə təşəkkür edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Avqust 2026 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri