Icma.az
close
up
RU
32 kilometrdə toqquşan MARAQLAR

32 kilometrdə toqquşan MARAQLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər ABŞ-nin Türkiyədəki səfiri Tom Barak regional nəqliyyat infrastrukturunun bloklanmasından danışarkən, ölkəsinin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsini icarəyə götürməsinin mümkünlüyündən danışıb. 

Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi bu vasitə ilə həyata keçirilə bilər. Ermənistan isə rəsmi olaraq səfirin bu fikirlərinə etiraz edib və bunu qəbul olunmaz adlandırıb. 

Ermənistan Baş naziri Nikol Paşinyan  da son mətbuat konfransı keçirib. O, mətbuat konfransında son günlərin ən çox müzakirə olunan məsələsi - ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsinə münasibət bildirib. O, autsorsinqlə (kənar mənbədən istifadə etmək-red.) bağlı bunları deyib:

“Burada yaxşı və pis var. Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsi. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa şəkildə pozulub. Yaxud su təchizatı, Cənubi Qafqaz dəmir yolu və s. Bütün bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalır.

Yolların açılması kontekstində nə müzakirə edilə bilər? Biz, məsələn, investisiyaları cəlb edəcək hansısa şirkətin yaradılmasından danışa bilərik və ya nəyi müzakirə edə bilərik, çünki “Sülhün kəsişməsi”ndə böyük investisiya potensialı və marağı var, lakin biz bu investisiyaları birləşdirə bilməliyik".

Paşinyan bildirib ki,  avtomobil və dəmir yolları haqqında çox danışılır:
"Amma qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq və bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır.  Söhbət bundan gedir. Bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur. Demək istəyirəm ki, bizim qanunlarımıza görə, bu, tikinti hüququ adlanır və müqavilənin müddəti bitdikdən sonra investisiyalar Ermənistan Respublikasının mülkiyyətində qalır".

“Cümhuriyət”-ə açıqlamasında politoloq Elşən Manafov bildirib ki, təklif Birləşmiş Ştatların regionun geosiyasi konfiqurasiyasını məhz öz maraqları naminə dəyişdirməyə yönələn siyasətin tərkib hissəsidir və bu mübarizənin mahiyyətindən qaynaqlanır: 

“Tramp administrasiyası 32 km ərazidə Azərbaycan və Ermənistanın ortaq məxrəcə gələ bilməməsini regional təhlükəsizliyi və bölgədə stabilliyi təhdid edən mövqe kimi dəyərləndirir. Gərginliyin aradan qaldırılması, bölgədə nəqliyyat- kommunikasiya xətlərinin açılmasını ləngidən bu problemin həllini surətləndirmək məqsədi ilə belə bir təkliflə çıxış etməsinə bəraət vermək istəyir. 

Təbii ki, bu, ilk baxışda belədir, gerçəkdə isə ABŞ Orta dəhlizə nəzarət uğrunda uzun müddətdir gedən mübarizəni öz xeyrinə həll etmək üçün münasib vaxtın yetişdiyinin mahiyyətinə varır. Bəllidir ki, 2020 ci ildə Moskvada Azərbaycan və Ermənistan arasında əldə edilmiş sazişin mətnində Zəngəzur dəhlizinin açılacağı təqdirdə ona Rusiya Federasiyası Sərhəd qoşunlarının nəzarət edə biləcəyi ilə bağlı razılıq var idi. 

Hazırda, Rusiyanın Cənubi Qafqaz ölkələri ilə münasibətləri gərgin mərhələyə daxil olub. Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi andan bu münasibətlərdə gərginlik Qərbin regionla bağlı geosiyasi maraqlarına uyğun olaraq artırdı. Azərbaycana gəlincə onunla strateji müttəfiqlik münasibətlərinin olmasına baxmayaraq, son vaxtlar bəlli hadisələrə görə bu münasibətlər də böhran dövrünü yaşayır”. 

Politoloq qeyd edib ki, ABŞ-nin Zəngəzur təklifi regionda geosiyasi dəyişikliklərin tərkib hissəsidir: 

“Rusiyanın bəlli region dövlətləri ilə münasibətlərində Qərbin səyləri ilə yüksəlmiş gərginlik onun region ətrafında proseslərə diplomatik çərçivədə müdaxilə imkanlarını məhdudlaşdırıb. Zəngəzur dəhlizi ətrafında danışıqlara fərqli mövqeyi olan İranın  hazırda İsrail və ABŞ ilə münasibətlərində olan gərginlik, İsrail tərəfindən növbəti həmlə ehtimalı onun diqqətini daha çox bu məsələlərə yönəltməsinə səbəb olub. 

Türkiyə isə ABŞ-nin bu təklifini dəstəkləyir, hərçənd Ermənistanın Zəngəzur vilayətinin ərazisindən də alternativ yolun istifadəyə verilməsinin əleyhinə deyil. Ərdoğanın təbirincə, bu, nəinki geosiyasi, hətta geoiqtisadi inqilabın təməli olmaqla Türkiyədən Qafqaz, daha sonra Mərkəzi Asiya ölkələrinə yükdaşımalarınsürətlənməsinə, rəsmi Ankaranın adıçəkilən regionlarda nüfuz dairəsinin genişlənməsinə şərait yarada bilər. Avropa İttifaqı daPaşinyanın bu təkliflərini bəyənir. Azərbaycan isə fərqli mövqedədir, çünki bizə Naxçıvanla quru vasitəsilə münasibətlərin məhdudiyyətsiz və maneəsiz bərpası lazımdır”. 

Ekspert xatırladıb ki, bundan əlavə rəsmi Bakı Ermənistanla sülhmüqaviləsinin imzalanması üçün ATƏT-in Minsk Qrupunun buraxılmasını, Ermənistanın əsas qanununun preambulasına dəyişikliyi tələb edir: 

“Paşinyan isə bunun üçün gələn il keçiriləcək referenduma qədər gözləməyi təklif edir. Hərçənd Zəngəzur ətrafında razılığa sülh müqaviləsinin imzalanmasından sonra da gəlmək olar”.

Elşən Manafovun sözlərinə görə, İrəvanın fikrincə, ABŞ-nin təklifi Ermənistanın qüvvədə olan qanunvericiliyi baxımından mümkün deyil: 

“Paşinyanın mətbuat katibi qanunvericiliyə görə Ermənistanda yalnız kənd təsərrüfatı ilə bağlı torpaqların icarəyə verilə biləcəyini, dəhlizlərlə bağlı belə bir hüquqi prosedurun nəzərdə tutulmadığını deyib. 

Digər tərəfdən, Paşinyan problemi Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin tərəfdarı olduğunu bildirib. Gerçəkdə isə o bu məsələdə güzəştə gedəcəyi təqdirdə Ermənistan müxalifəti və kilsəsi tərəfindən xəyanətdə suçlanacağından ehtiyat edir. Bu isə seçkilərdə onun məğlubiyyətini qaçılmaz edə bilər. 

Belə ki, ABŞ-yə məxsus sorğu mərkəzlərinin Ermənistanda respondentlər arasında apardığı sosioloji sorğular göstərir ki, Ermənistan gənclərinin artıq 75 faizi ona etibar etmir. Hər şey Paşinyanın gələn ilki seçkilərə qədər kilsə və müxalifət liderlərini zərərsizləşdirəbiləcəyindən, habelə ABŞ-nin Paşinyan hakimiyyətinin təhlükəsizliyi üçün verə biləcəyi inandırıcı vəd və təminatlardan asılı olacaq”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Açar sözlər: Tom Barak Zəngəzur dəhlizi Elşən Manafov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri