Icma.az
close
up
RU
Ukraynada toqquşan maraqlar: “Şərq bloku özünü...”

Ukraynada toqquşan maraqlar: “Şərq bloku özünü...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini bəyan edib.

O, Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini vurğulayıb. Putin isə öz növbəsində, Ukraynanın NATO-ya üzvlüyünün Rusiya üçün qəbuledilməz olduğunu bildirib.

"Lakin biz heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməmişik", - o əlavə edib.

Bu açıqlamalar müharibənin başlanmasına səbəb olan əsas arqument Ukraynanın NATO-ya inteqrasiya iddiası ilə bağlı yeni müzakirələrə yol açıb. Belə ki, Rusiya Ukraynaya ona görə hücum etdi ki, Ukraynanın NATO üzvü olmaq kimi bir iddiası vardı. NATO da buna dəstək verirdi. Müharibə də buna görə başladı. Rusiya dedi ki, “biz sərhədlərimizdə NATO qoşunlarını görmək istəmirik”.

Bəs onda Ukrayna niyə müharibəyə başlayıb?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, müharibə qlobal ziddiyyətlərin nəticəsidir və bu səbəbdən də baş verdi:

“Ukrayna hələ Sovetlər dönəmində SSRİ-nin tərkibindən çıxmaq istəyirdi. İkinci Dünya müharibəsi zamanı Stepan (Stefan) Bandera bu məsələni Almaniya ilə müzakirə etmişdi. Almanlar Ukraynanın müstəqilliyini tanıyacaqlarını vəd etsələr də, SSRİ-yə hücum edərək Ukraynanı işğal etdikdən sonra Banderanın qurduğu hökuməti özlərinə tabe etmək istədilər.

Lakin Bandera həm Sovetlərə, həm kommunistlərə, həm də faşistlərə qarşı mübarizə aparırdı. Viktor Yuşşenkonun prezident olması onda demokratik qüvvələrə asan başa gəlmişdi. Amma o, hakimiyyətdə olduğu müddətdə orduda islahatlar aparmağa və təhlükəsizlik qüvvələrində dəyişiklik etməyə imkan tapmadı. Çünki Yuşşenko hakimiyyətdə olduğu müddətdə yalnız Rusiyanın təzyiqlərinə qarşı mübarizə aparmaqla məşğul idi.

“Maydan hərəkatı” nəticəsində Pyotr Poroşenko hakimiyyətə gəldi. O, qərbyönlü siyasət yürüdərək Ukraynanı Rusiyanın siyasi və hərbi təsir dairəsindən çıxarmağa çalışdı. Poroşenko ordunu və dövlətin başqa qurumlarını Rusiyanın təsir dairəsindən çıxarmağa başladı. Amma Avropa İttifaqına və NATO-ya üzvlük məsələsi Ukrayna hakimiyyətinin əsas prioritetlərindən biri olaraq qaldı”.

Politoloq qeyd edib ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünü qəbuledilməz sayırdı:

“Rusiya dəfələrlə xəbərdarlıq edirdi ki, əgər Ukrayna NATO-ya üzv olarsa, Şərqi Ukraynanı geri alacaq. Moskva həm Şərqi Ukraynanı, həm də Krımı özünə məxsus hesab edirdi. Bu dövrdə Rusiya Donetsk və Luqanskda qondarma respublikalar yarada bildi. Bu, müharibənin başlanğıcı idi. Qərb isə bu müddətdə Rusiyaya qarşı sadəcə olaraq bəyanatlar verməklə kifayətlənirdi.

Almaniya və Fransa kimi ölkələr Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirirdilər. Hətta müharibə başlayandan sonra belə Fransa Prezidenti Emmanuel Makron Ukraynanın maraqlarını açıq şəkildə müdafiə etmirdi. Almaniya da oxşar mövqe sərgiləyirdi. Bu, Avropa İttifaqı ilə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə yanaşmasının göstəricisi idi”.

Onun sözlərinə görə, Qərb, bəlkə də, Rusiyanın Ukraynaya qarşı bu qədər sərt addım atacağını gözləmirdi:

“Müəyyən mənada Qərb bloku bütövlükdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə hazır deyildi.Son zamanlar ABŞ başda olmaqla Qərb ölkələri Ukraynaya yardımları artırdı və cəbhədə müəyyən uğurlar əldə olunmağa başladı.

Ukrayna müharibəyə iki istiqamətdə başladı. Birincisi, Rusiyanın ilhaq və işğal etdiyi əraziləri azad etmək, ərazi bütövlüyünü təmin etmək. İkincisi, Qərb təşkilatlarına inteqrasiya olunmaq. Qərb Ukraynanı Rusiyanın təsir dairəsindən çıxarmağı, moskvayönümlü qüvvələri sıradan çıxarmağı və keçmiş Sovet respublikaları üzərində Kremlin nüfuzunu azaltmağ qarşısına məqsəd qoymuşdu. 

Rusiya isə Ukraynanın NATO-ya üzvlüyünə qarşı idi. Çünki bu, Moskvanın təsir dairəsinin daralması, hətta perspektivdə Rusiyada siyasi dəyişikliklərə gətirib çıxarma ehtimalı ilə bağlı idi.Qeyd etmək lazımdır ki, bu müharibədə Rusiya tək deyil. Çin, İran, Şimali Koreya və digər qüvvələrin maraqları da müəyyən mənada Moskvanın yanında təmsil olunur”.

Politoloq vurğulayıb ki, bu müharibə əslində yalnız Rusiya-Ukrayna qarşıdurması deyil:

“Bu, əslində Qərb ilə şərti olaraq Çinin liderlik etdiyi Şərq bloku arasında gedən qarşıdurmadır. Görünüşdə müharibə Rusiya ilə Ukrayna arasında baş verir, lakin əslində müxtəlif dövlətlər arasındakı ziddiyyətlər məhz Ukraynada cəmləşib.

Müharibə, yalnız Rusiya ilə Almaniya, Fransa və ABŞ, yaxud Çin ilə ABŞ və Avropa dövlətləri arasında da deyil. Əksinə, bu ziddiyyətlərin toqquşma nöqtəsi Ukraynada müşahidə olunur. Ona görə də proses bütövlükdə Qərb və Şərq bloklarının qarşıdurması kimi dəyərləndirilə bilər.

NATO təbii ki, Ukraynanı hələ üzvlüyə qəbul edə bilmir, lakin siyasi baxımdan tam dəstək verir. Bundan əlavə, “Ramşteyn klubu”nun üzvləri də Ukraynaya mütəmadi yardım göstərirlər. Hazırda Avropa İttifaqının Rusiyanın enerji resurslarından, xüsusilə karbohidrogen daşıyıcılarından tamamilə imtina edəcəyi də istisna olunmur.

Növbəti illərdə Rusiyanın iqtisadiyyatında müəyyən tənəzzüllərin baş verəcəyi gözlənilir. Müharibənin məqsədlərindən biri də təkcə Rusiyanı deyil, onun arxasında dayanan gücləri də zəiflətməkdir. Şərq bloku özünü Qərbə qarşı müqavimətçi kimi göstərir.

Lakin bu qarşıdurmada Qərb ölkələrinin heç biri nə Rusiya, nə İran, nə də Şimali Koreya kimi mövqedədir. Son vaxtlar Hindistan da prosesə aktiv şəkildə qoşulmağa başlayıb. Bu səbəbdən ABŞ administrasiyası Hindistana qarşı gömrük rüsumlarını və tarifləri artırmağı gündəmə gətirib”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri