Icma.az
close
up
RU
Suriyada toqquşan maraqlar: İsrail Türkiyə ilə qarşı qarşıya

Suriyada toqquşan maraqlar: İsrail Türkiyə ilə qarşı qarşıya

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat: “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur”

Bəşər Əsəd rejiminin Suriyada devrilməsindən və yeni keçid hökuməti – Əhməd əş-Saraa hökuməti qurulduqdan sonra İsrailin bu ölkəyə qarşı addımları sərtləşib. İsraildəki Benyamin Netanyahu hökuməti Suriyada normal dövlətin qurulmasında maraqlı olmadığını addımları ilə sübut edir. Belə ki, bir neçə gün əvvəl İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. Hücum zamanı Suriya Prezidenti Əhməd əş-Şaraanın sarayının yaxınlığı hədəfə alınıb. İsrailin müdafiə naziri Israel Katz hücumun “mesaj” olduğunu bildirib. İsrail tərəfi Suriyada yaşayan druzların sıxışdırılması ittihamı ilə bu addımı atdığının mesajını verir. Ekspertlər isə hesab edirlər ki, məsələ tamamilə fərqlidir: İsrail normal, sivil hökumətin yaranmasında maraqlı deyil.

Məlumdur ki, Suriyanəın keçid hökumətinə Türkiyə dəstək verir və Suriyanın dövlət quruculuğunda, normal dövlətin bərpasında iştirakçıdır. İsrailin bu addımları isə həm də Türkiyəyə qarşıdır.

Məlumdur ki, İsrailin Suriyanın Dəməşq və Həma bölgələrinə hava zərbələri endirməsindən sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail təyyarələrinin qarşısını kəsib. Həmin vaxt Türkiyə mediasının yaydığı məlumata görə, İsrailin döyüş təyyarələri mayın 2-nə keçən gecə Dəməşq və Həma ətrafında 8 hədəfə hava zərbələri endirib. Yerli mənbələrin məlumatına görə, İsrailin hədəf aldığı yerlər arasında Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazaları da olub.

Qeyd edilib ki, həmin vaxt Türkiyə döyüş təyyarələri İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. F-16-ların öz elektron döyüş sistemlərindən istifadə edərək İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərdiyi və təyyarələr arasında qısa müddət ərzində radio əlaqəsinin qurulduğu iddia edilib. Bildirilib ki, hər iki tərəf qarşıdurmadan yayınmağa çalışıb. Amma analitiklər hesab edirlər ki, vəziyyət kritikləşsə iki dövlət arasında toqquşma qaçılmaz ola bilər.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov İsrailin bu siyasətinin arxasında dayanan amillərə toxunub:

- İsrail hesab edir ki, Suriyadakı indiki müvəqqəti hökumət dini radikallardan ibarətdir və İsrailə təhlükə yarada bilər. Amma İsrail hökumətinin məqsədi aydındır: onlar Suriyanı Livana çevirmək istəyirlər. İstəyirlər ki, oradakı qruplar bir-birlərini didsinlər, vahid hökumət olmasın və İsrail də nə vaxt, necə istəyirsə, Suriyaya müdaxilə edə bilsin. Məsələ bu qədər sadədir.

Baxın, israilli analitiklər də bildirirlər ki, onlar Netanyahu hökumətinin addımlarını anlamırlar. Hər halda, Suriya 20 milyon əhalisi olan və ərazisi İsraildən 2-3 dəfə böyük dövlətdir. Eyni zamanda, Suriyanın dövlətçilik ənənəsi İsraildən qat-qat böyükdür. Suriyanın bu bataqlıqdan çıxa bilməyəcəyini, bu vəziyyətdə saxlamağın mümkün olacağını düşünmək yanlışdır. İsrailin bu günkü addımları elə bir nifrət yarada bilər ki, sonra münasibətləri heç qaydaya salmaq mümkün olmaz. Halbuki Suriyadakı keçid hökumət – Şaraa hökuməti qonşu ölkələrlə münasibətlərin yaxşı olmasında maraqlı olduqlarını bəyan edib.

- İsrailin Suriyada Türkiyənin roluna qıcıqla yanaşmasının səbəbi nədir?

- İsrail gözəl anlayır ki, müsəlman ölkələri içərisində işlək demokratiya, sivil dövlət  quruluşu Türkiyədə mövcuddur. Türkiyənin Suriyada davamlı dövlət qurulmasına kömək etməsi İsraili qıcıqlandırır. Əslində isə İsrail bunu fürsət kimi qəbul etməlidir. Düşünürəm ki, bu məsələlər diplomatik yolla, masa arxasında həllini tapmalıdır.

- Fürsət dedikdə nəyi nəzərdə tutursunuz?

- Suriyada qruplaşmalar olsa, bunun İsrailə ziyanı var. Amma normal dövlət formalaşdıqda onlarla məsələləri müzakirə etmək olar, problemləri yoluna qoymaq olar. Sadəcə Netanyahu hökuməti həm dini radikallardan asılıdır, həm də qatı millətçi qüvvələrdən. Netanyahu bir az yumşaq siyasət həyata keçirəndə həmin radikallar və qatı millətçilər ona ultimatum verirlər ki, koalisiya hökumətini tərk edəcəklər. Bu zaman Netanyahu Baş nazirlik kürsüsündən getməlidir. Vəzifədən getsə isə onu məhkəmə gözləyir. Ona görə də Netanyahu radikallara qoşularaq nə qədər getmək imkanı varsa, getməyə çalışır. Halbuki bu vəziyyətdən xeyirləri üçün yararlana bilərlər.

Baxın, İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur. Bu, qeyri-mümkündür. Türkiyə səbir göstərirsə, bu o demək deyil ki, elə belə də qalacaq. Ankaranın səbri daşa bilər. Türkiyənin səbri daşanda isə İsrail üçün fəlakətli nəticələr olacaq. Eyni zamanda, İsraildən zəhləsi gedən ərəb dövlətlərinin kənarda qalmayacağı da aydındır. Ona görə də, hesab edirəm ki, İsrail Suriya ilə bağlı siyasətində nə qədər gec deyil, korrektələr etməlidir. Bunu İsrail daxilində də deyirlər. İsrailin daxilində də xeyli qüvvə var ki, Netanyahunun siyasi kursunu avantüristlik sayırlar və bu mövqeyə etiraz edirlər. Həmin qüvvələrin aktivləşməsi də prosesdə xeyli dönüş yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri