Icma.az
close
up
RU
Vaşinqton razılaşmaları, toqquşan maraqlar: Azərbaycanın müttəfiqləri nə deyir?

Vaşinqton razılaşmaları, toqquşan maraqlar: Azərbaycanın müttəfiqləri nə deyir?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Məlum Vaşinqton razılaşmalarından sonra siyasi kuluarlarda guya Türkiyənin bu gəlişmələrdən razı qalmadığı haqda söz-söhbət var idi. Xüsusilə bu tezis dövriyyəyə Moskvadan və İran hakimiyyətinin mühafizəkar qanadından buraxılmışdı. Ancaq yalan ayaq tutsa da, yerimədi.

Bu məsələdə Türkiyə Rusiyanın və İrandakı müəyyən dairələrin mövqeyini bölüşmür. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu haqda açıqlaması Ankaranın mövqeyini ortaya qoydu. O, "TGRT Haber"ə bu haqda danışıb.

Nazir dedi ki, Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb.

Hakan Fidan dedi ki, Vaşinqton razılaşnaları ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq səviyyələrdə məsləhətləşmələr aparılıb. O deyib ki, Zəngəzur dəhlizi ilə bağlı həm Türkiyə prezidentinin, həm Türkiyənin mövqeyi qarşılıqlı etimada əsaslanır:

"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Prezidentimizin və bizim tutduğumuz mövqe isə etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik. Başda Cənab Əliyev olmaqla, Azərbaycandakı məsul şəxslər bacarıqlı insanlardır".

Bununla da Türkiyə Azərbaycanla müttəfiqlik münasibətlərinə yüksək sədaqət göstərdiyini və Azərbaycandan da eyni sədaqəti gördüyünü açıqladı. Bu, Türkiyənin Azərbaycanı tək qoymadığı göstərən mühüm faktdır.

Əlbəttə, bu, bölgədə vəziyyətin son dərəcə gərgin olmasından qaynaqlanır. Məlumdur ki, Rusiya 8 avqust Vaşinqton razılaşmalarından razı qalmayıb. Xarici İşlər Nazirliyinin sözçüsü səviyyəsində Azərbaycan-Ermənistan razılaşmalarını "alqışlasa da", Moskva Zəngəzur dəhlizi ilə bağlı əldə olunmuş Vaşinqton anlaşmasını "əlavə təhlil" etməyə ehtiyac olduğunu demişdi. Həmin "təhlil" isə Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatına qayıdışla nəticələndi. Azərbaycan tərəfdə bu bəyanat qüvvəsini çoxdan itirib. İndi Ermənistan baş naziri Nikol Paşinyan da bəyan edib ki, həmin sənədlər qüvvədən düşüb. Ancaq Rusiya XİN bununla razılaşmır; tərəflərdən heç birinin bu sənədlərdən çıxmadığını bildirir. Eyni zamanda Rusiya prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib, rəsmi Moskvanın MDB ilə, bu strukturun "bəzi üzvlırinə münasibətdə" hansı siyasət izləməli olduğuna dair müzakirələr keçirib. Məruzəçi xarici işlər naziri Sergey Lavrov olub. "Bəzi ölkələr" arasında Azərbaycanın və Ermənistanın olması şübhə yoxdur.

Moskvanın ardınca Tehran da Zəngəzur dəhlizi və ya "Tramp yolu" məsələsi ilə bağlı hərəkətə keçib; İran parlamenti bunun əıeyhinə qərar qəbul edib. Məlumdur ki, hələ 2023-cü ilin aprelində İran parlamenti Zəngəzur dəhlizi məsələsini İran üçün "qırmızı xətt" elan etmişdi. Lakin bu günlərdə İran prezidenti Məsud Pezeşkian bu dəhlizin İranın suverenliyinə və maraqlarına təhlükə törətmədiyini söyləmişdi. Bəllidir ki, İran hakimiyyətində bu məsələyə dair fikir ayrılıqları var. Azərbaycan üçün isə, əlbəttə, əsas İran prezidentinin ifadə etdiyi fikirdir. Bunu avqustun 26-da Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev də vurğulamışdı. O demişdi: "İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur".

Ancaq İran hakimiyyətinin mühafizəkar qanadı prezident Pezeşkianın apardığı xətti sabotaj etməyə çalışır. Eyni zamanda Rusiya da bölgədəki yeni reallıqlarla barışmaq istəmədiyini göstərir. Belə bir məqamda Azərbaycanın müttəfiqləri - Türkiyə, eləcə də, Pakistan hər biri öz mövqeyini ortaya qoyur; Azərbaycanın yanında olduqlarını göstərirlər. Pakistan xarici işlər naziri Ermənistanın xarici işlər nazirinə zəng edərək iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının mümkünlüyünü bildirib. Bu da Vaşinqton anlaşmalarına, xüsusilə, Azərbaycanla Ermənistan arasında sülh perspektivinə dəstək deməkdir. Azərbaycana dəstəyin ifadəsidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see749

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see179

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see173

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see131

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri