Icma.az
close
up
RU
3+3 görüşü niyə ləngiyir?

3+3 görüşü niyə ləngiyir?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Azərbaycan “3+3” formatına ev sahibliyi etməyə hazırdır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov açıqlama verib. İranın xarici işlər naziri Abbas Əraqçı da formatın əhəmiyyətini vurğulayıb. Ötən ay isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” platformasının Cənubi Qafqaz ölkələri üçün vacib olduğunu bildirib. Bəs görüşün ləngiməsinə nə səbəb olur və onun baş tutması regiona necə təsir göstərə bilər?

Siyasi şərhçi Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, 3+3 formatı bölgə problemlərinin müzakirəsi üçün nəzərdə tutulan bir platformadır.

Ekspert qeyd edib ki, Gürcüstan bu formatda müzakirələrdə ABŞ-nin icazə verməməsi səbəbindən iştirak etməyib. Lakin böyük ehtimalla Bakıda keçiriləcək görüşdə Gürcüstan da prosesə qoşulacaq, çünki son dövrdə ölkənin xarici siyasət kursunda ciddi dəyişikliklər müşahidə olunur:

“Bu format əsasən bölgədə iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaradılıb. İndiyə qədər keçirilən görüşlər ciddi nəticələr vermədiyi üçün müəyyən fasilələrlə baş tutub. Çünki hər dövlətin prioritet hesab etdiyi məsələlər fərqlidir və bu fərqlər bəzən normal müzakirələrin aparılmasını çətinləşdirir. İran və Rusiyanın tutduğu mövqelər də prosesin səmərəliliyinə təsir edir. Məhz bu səbəbdən indiyə qədərki görüşlər arzu olunan səviyyədə olmayıb”.

A.Səmədovun fikrincə, 3+3 formatı çərçivəsində növbəti görüşlər bölgə üçün daha əhəmiyyətli qərarların qəbul edilməsinə şərait yaradacaq. Lakin bunun üçün ilk növbədə İran mövqeyini yenidən nəzərdən keçirməlidir:

“Xüsusilə, İranın Zəngəzur dəhlizinə qarşı çıxması bölgədə iqtisadi əməkdaşlığa ciddi maneə yaradır. Eyni zamanda, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə işləməməsinin əsas səbəbkarlarından biri də məhz İrandır. Təhlükəsizlik məsələlərinə yanaşmalar da fərqlidir. Rusiya və İran ABŞ və Avropanın bölgədə nüfuzunun artmasına qəti şəkildə etiraz edir, həmçinin Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qısqanclıqla qarşılayır. Bu fərqli yanaşmalar səbəbindən hələ də arzu olunan nəticələr əldə olunmayıb. Ümid edək ki, Bakıda Xarici İşlər Nazirləri səviyyəsində keçiriləcək tədbir 3+3 formatı üçün bir dönüş nöqtəsinə çevriləcək və daha ciddi nəticələrin əldə olunmasına imkan yaradacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri