Icma.az
close
up
RU
33 illik qadağa bitdi: 907 ci düzəlişin ləğvi qələbədir

33 illik qadağa bitdi: 907 ci düzəlişin ləğvi qələbədir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan ABŞ-dən yardımlarda böyük pay qazanacaq


"Ədalətsiz “907-ci düzəliş”in ləğvini onun iştirakı ilə öz ofisində Trampın etməsi çox rəmzi məna daşıyır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Tramp bunu başqa formatda da edə bilərdi, sonra imzalaya bilərdi: "Amma o bunu mənim iştirakımla etməyə qərar verdi. 

Bu, ədalətsiz şəkildə 1992-ci ildə Konqres tərəfindən Azərbaycana qarşı sanksiya idi. Konqresmenlər Cənubi Qafqazda vəziyyətlə bağlı bixəbər idi. Ermənistan lobbiçi qrupları vasitəsilə onları təsir altına almışdı. Bu ərəfədə Azərbaycan “təcavüzkar” olaraq təqdim olunmuşdu. Bu da birbaşa ABŞ dəstəyindən bizi məhrum etdi. Əlbəttə ki, mürəkkəb vəziyyət idi. ABŞ hökumətinə Azərbaycan Əfqanıstanda dəstək göstərib. Bundan sonra ABŞ hökuməti tərəfindən bu düzəliş 2023-cü ilə qədər müvəqqəti dayandırılmışdı. Amma Bayden administrasiyasından 2023-cü ildə yenidən “907-ci düzəliş”in bərpasını gözləmirdik. Bu, bizim üçün şokedici idi. Yəni bizə Əfqanıstanda ehtiyac olmadıqda Bayden administrasiyası faktiki olaraq, bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdı və daha sonra yenidən “907-ci düzəliş”lə bağlı sanksiyaları Azərbaycana tətbiq etdi". Prezident əlavə edib ki, bu mənfi yanaşmanın kuliminasiyası idi: "Bu da Bayden administrasiyası ilə bizim münasibətlərimizə çox mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizim münasibətlər eyni qaldı. Bizim münasibətlərimiz böhran içində idi. Ona görə də Trampın bugünkü jestinin bizim üçün böyük mənası var. Əlbəttə, Azərbaycanın bu gün xarici yardıma, dəstəyə ehtiyacı yoxdur, bizim iqtisadiyyatımız sabitdir, bizim dövlətin xarici borcu ÜDM-nin 7 faizdən də aşağı məbləğdədir. Ona görə də bu düzəlişin ləğvi bizim üçün simvolik xarakter daşıyır və bizə qarşı ədalətsizliyin ləğvi idi. Bu düzəliş artıq aradan qaldırılıb, ədalət bərpa olunub. Bu, bizim üçün həm siyasi jestdir”. Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya İrəvana "blokada" tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı. Bu qanun, keçmiş SSRİ respublikalarına demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin həmin aktın 907-ci düzəlişi Azərbaycanın adını siyahıdan çıxardı. Səbəb kimi o zaman Konqresdə güclü təsirə malik erməni lobbi qruplarının iddiaları göstərilirdi. Guya Azərbaycan Ermənistanı və Qarabağı “blokadaya” alıb. 907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum oldu. Bu məhdudiyyət yalnız 2001-ci il 11 sentyabr terror hücumlarından sonra qismən yumşaldıldı. 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentlərinə hər il düzəlişi müvəqqəti dayandırmaq səlahiyyəti verildi. Corc Buş, Barak Obama, Donald Tramp və Co Bayden bu maddəni hər il dondursa da, qanun formal olaraq qüvvədə qalıb və istənilən vaxt yenidən tətbiq edilə biləcək “təzyiq kartı” kimi mövcudluğunu qoruyub. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir. Sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək. ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında. Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər. Qanunun ləğvi Vaşinqtonun Cənubi Qafqazda balanslı siyasət yürütmək niyyətinin göstəricisi olar. İkili standartlar dönəmi başa çata bilər. Təhsil, səhiyyə və vətəndaş cəmiyyəti sahələrində ABŞ fondlarının dəstəyi daha geniş və maneəsiz şəkildə Azərbaycana gələr. 30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayıb. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilib.


Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 33 il bundan öncə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş çoxdan ləğv olunmalıydı. Ekspert vurğulayıb ki, dünyada xeyli sayda münaqişələr Ağ Evin 907-ci düzəlişə vaxt ayırmasına bir növ mane olurdu: 

"Nəhayət ki, Tramp administrasiyası bu ədalətsizliyi aradan qaldırdı. Azərbaycan uzun illər işğala məruz qalan bir dövlət kimi bir çox haqsızlıqlarla üzləşib. Ümid edirəm ki, 907-ci düzəliş ləğv ediləndən sonra ABŞ ilə Azərbaycan arasında hərbi və hərbi texniki sahədə yaxın əməkdaşlıq olacaq. Onsuz da ABŞ-nin bu istiqamətdə istəkləri var idi. Amma bu məlum sənəd böyük maneə rolunu oynayırdı. Artıq ortada heç bir maneə yoxdur. Həm quru qoşunlarımız, həm hərbi hava qüvvələrimiz, həm hərbi dəniz qüvvələri ABŞ ilə əməkdaşlığı öz üzərində hiss edəcək. Azərbaycan Silahlı Qüvvələri onsuz da NATO standartları üzrə hazırlanırdı. 2025-ci il son tarixdir ki, Azərbaycan ordusu NATO və qardaş Türkiyə standartlarına uyğunlaşdırılmalıdır. Bu proses sürətlə aparılır. Biz hər həftə keçirilən birgə təlimlərə, sərgilərə şahidlik edirik. 907-ci düzəlişin ləğvi ABŞ ilə hərbi əməkdaşlığın genişlənməsinə, inkişafına gətirib çıxaracaq. Baxmayaraq ki, 2020-ci ildə müharibəni qələbə ilə başa vurmuşuq, amma təəssüflər ki, ABŞ-dəki bəzi dairələr 907-ci düzəlişin qüvvədən salınmasına imkan vermirdilər. Artıq proses geriyədönməzdir". 


Ü.Cəfərov əlavə edib ki, ABŞ ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında xartiya çoxdan müzakirə olunurdu: 

"Bu sənəd birdən-birə ərsəyə gəlməyib. Uzun vaxtdır bununla bağlı ikitərəfli işlər aparılırdı. Ehtimal ki, yaxın aylarda ABŞ nəhayət ki, Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfirini də təyin edəcək. Səfir Azərbaycanda fəaliyyətə başlayandan sonra səfirlikdə çalışacaq hərbi attaşenin də üzərinə böyük yük düşür. Gələcək üçün planların tərtib olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi çox mühümdür. Hesab edirəm ki, bu xartiya həm Azərbaycana, həm də ABŞ-nin regionda maraqlarını təmin etmək üçün kifayət qədər mühüm sənəddir".


Millət vəkili Vüqar Bayramov da Sherg.az-a  deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Deputatın sözlərinə görə, bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi:

 "Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügedən düzəliş artıq qüvvədə deyil. Bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur. Bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımdan faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycan ilə müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox  yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efiopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar.

Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu, fərqli sektorlarda Vaşinqtonun yardımdan istifadə imkanları deməkdir".


Parlamentari qeyd edib ki, bütün bunlarla yanaşı, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsirləri var: 

"Aydındır ki, bu artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir. Bütün bunlar ondan xəbər verir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhfə verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri