Yuventus un baş məşqçisi postuna 3 namizəd
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yuventus" Luçano Spaletti ilə yollarını ayırarsa, boş qalacaq posta əsas namizədlər müəyyənləşib. Sport24.az insayder Rudi Qalettiyə istinadən xəbər verir ki, Yulian Nagelsmann, Serjiu Konseysau və Antonio Konte Turin klubunun "sükanı arxasına" keçəməyə əsas namizəddirlər.
Mənbənin sözlərinə görə, İtaliya klubunun rəsmiləri artıq Nagelsmann ilə əlaqə saxlayıb. Almaniya millisinin keçmiş baş məşqçisi hazırda karyerası ilə bağlı bir neçə variantı dəyərləndirir və "Yuventus"un təklifinə müsbət cavab verib.
Digər namizəd isə Serjiu Konseysaudur. Portuqaliyalı mütəxəssis İtaliya futboluna yaxşı bələddir. O, ötən mövsümün ikinci yarısında "Milan"a rəhbərlik edib. Bundan əlavə, "Yuventus"a keçid ona hazırda komandanın formasını geyinən Fransişku ilə birlikdə işləmək imkanı verəcək.
Antonio Konte də "Qoca Sinyora"nın istədiyi namizədlər sırasındadır.
Qeyd edək ki, Nagelsmann DÇ-2026-dan sonra Almaniya millisi ilə vidalaşıb. Konseysau və Konte isə yayda müvafiq olaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" və İtaliyanın "Napoli" klublarından ayrılıblar.
Qeyd edək ki, "Yuventus" A seriyasında geridə qalan 9 turdan sonra 14 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 Noyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















