Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

“3+3” perspektivli regional əməkdaşlıq platformasıdır

“3+3” perspektivli regional əməkdaşlıq platformasıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bölgə dövlətləri Bakının təklif etdiyi bu mexanizmin üstünlüklərini qəbul edirlər

Əlverişli geosiyasi və coğrafi məkan, zəngin təbii sərvətlər, bunlardan heç də az əhəmiyyət kəsb etməyən iki qitənin kəsişməsində tutduğu mövqeyi ilə transmilli nəqliyyat habına çevrilmək perspektivi. Bütün bunlar Qərbi Cənubi Qafqaza cəlb edən strateji amillərin ümumi siyahısıdır. Hələ yüz il bundan əvvəl böyük dövlətlərin maraqlarının kəsişmə nöqtələrindən biri kimi dünyanın diqqət mərkəzində olan bölgə statusuna yiyələnmiş Cənubi Qafqaza haqqı çatmayan kənar aktorların müdaxilə cəhdlərini də az görməmişik. 

Xüsusilə, Qarabağ münaqişəsinin həllinə vasitəçilik missiyalarını bəhanə edərək bölgədə bayraqlarını sancmağa iddialı olan “kollektiv Qərb”in problemin həllinə deyil, özəl maraqlarının təmin olunmasına yönəlik siyasətini unutmamışıq. Nə yazıq ki, bu gün də məlum tendensiyanın davamını müşahidə etməkdəyik. Reallıq ondan ibarətdir ki, Hayastanın qərbli tərəfdaşları münaqişənin həllinə hər hansı töhfə vermədikləri bir yana, bölgədə yeni qarşıdurmaların yaranmasının səbəbkarı oldular. Artıq hamıya məlumdur ki, “kollektiv Qərb”in ayağının dəydiyi yerlərdə vəziyyət yaxşılaşmayıb, əksinə, pisliyə doğru istiqamətlənib.

Cənubi Qafqaz regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri həmişə aktual olub. “Qafqaz evi”, yəni “3+3” altı dövlətin – Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın vahid platformadan çıxış etməsini nəzərdə tutan məhz regional platformadır. Bakının təklif etdiyi bu platforma çərçivəsində ölkələr bir çox sahələr, o cümlədən milli təhlükəsizlik üzrə fəal əməkdaşlıq etmək imkanı əldə edəcəklər. Bu zaman Cənubi Qafqaz respublikaları regionun sərhədlərinə bitişik üç gücün – Türkiyə, Rusiya və İranın iştirakı ilə genişmiqyaslı inteqrasiya prosesinə başlamaq imkanı qazanacaqlar. Formatın əsas hədəflərindən biri məhz iqtisadi-ticari əlaqələrin formalaşmasına münbit zəminin yaradılmasıdır. Buraya, ilk növbədə, nəqliyyat kommunikasiyalarının qarşılıqlı surətdə açılması, iqtisadi əməkdaşlığın hərtərəfli inkişafı, ən əsası isə regionda mövcud olan bütün problemlərin “altılar”ın iştirakı ilə region daxilində həll edilməsidir.

Üç il bundan əvvəl Bakının irəli sürdüyü “Qafqaz evi” ideyası region ölkələrinin gələcəyə yönəlik sülh və əmin-amanlığı, iqtisadi-ticari əməkdaşlığı nəzərdə tutan faydalı və gəlirli təşəbbüs sayılmalıdır. Doğrudur, başlanğıcda bu ideyaya bölgə ölkələrinin heç də hamısı müsbət yanaşma sərgiləmirdilər. Amma vaxt göstərdi ki, rəsmi Bakının regionun problemlərinin məhz region ölkələrinin birgə iştirakı ilə həllini nəzərdə tutan “3+3” platforması hər cəhətdən perspektivli layihə kimi onların da maraq və mənafelərinə tam cavab verir. Bununla bağlı son vaxtlar həm Şimal, həm də Cənub qonşumuzdan pozitiv mesajlar gəlməkdədir. 

“Moskva hesab edir ki, Bakı ilə İrəvan arasında münaqişənin nizamlanmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar kompleksi təşkil edir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova həftəlik ənənəvi brifinqdə bunu təsadüfən xatırlatmadı. O vurğulayıb ki, Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və münasibətlərin normallaşdırılmasına, balanslaşdırılmış sülh müqaviləsinin işlənib hazırlanmasına, nəqliyyat və iqtisadi əlaqələrin açılmasına, sərhədlərin delimitasiya və demarkasiyasına, habelə vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafına köməklik etməyə hazırdır. Rusiya XİN-in nümayəndəsi sözlərinə onu da əlavə edib ki, üç Cənubi Qafqaz ölkəsini (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç qonşu dövləti (Rusiya, İran və Türkiyə) birləşdirən “3+3” platforması perspektivli regional əməkdaşlıq mexanizminə çevrilə bilər. 

Bakının irəli sürdüyü “Qafqaz evi” ideyasına son vaxtlar Rusiya və İran tərəfindən marağın artması müşahidə edilməkdədir. Doğrudur, bu regional platformaya yanaşmada “altılar”dan hər birinin özəl maraqlarının olmasını da qeyd etmək lazımdır. Moskva və Tehranın daha çox Qərbin bölgəyə müdaxiləsinə “sipər” kimi baxdıqları bu birliyin perspektivinə Türkiyənin də yaxından dəstək verməsi tezliklə “3+3” formatında əməli addımların atılacağına ümidləri çoxaldır.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi şərhçi Tofiq Abbasov “Qafqaz evi” ideyasının bəlkə də yüz il bundan əvvəl ortaya çıxdığını bildirdi: “Yəni Baltikyanı ölkələr kimi Qafqazda da oxşar formatın yaradılması məsələsi vardı. Bunun üçün Azərbaycan və Gürcüstan Ermənistana torpaq güzəştinə getdilər ki, onlar da öz dövlətlərini yaratsınlar. Amma “Qafqaz Seymi” dağılandan dərhal sonra haylar qonşularına qarşı torpaq iddiaları irəli sürdülər. Bu iddiaların kökündə nəyin dayandığını yaxşı bilirik. Xarici qüvvələrin əli ilə Ermənistan fitnə-fasada gedirdi. Elə o dövrdə də Qərb Hayastanı özünün “maşa”sına çevirməyə çalışırdı. Yüz ildən sonra eyni əhvalatın təkrarlandığını görürük. Ermənilər indi də xarici gücləri – ABŞ-ı, Fransanı, Avropa İttifaqını bölgəyə gətirmək istəyir. Onların şərti sərhəddəki emissarları həm Azərbaycan, həm İran, həm Rusiya, həm də Türkiyəyə qarşı casusluq fəaliyyəti ilə məşğuldurlar. Məhz Ermənistanın günahı üzündən “3+3” formatı tam formalaşa bilmir. Həmin qüvvələr Gürcüstanı öz caynaqlarına keçirməyə çalışsa da, bu, baş tutmadı. Gürcü xalqı məlum seçkilərlə onlara rədd cavabı verdi. 

Azərbaycan Prezidenti İlham Əliyev bu regional formatı gündəmə gətirməklə, eyni zamanda, xarici qüvvələrin bölgəyə müdaxilə cəhdlərinin qarşısının alınmasına zəmin hazırlayır. Məlumdur ki, Azərbaycan Cənubi Qafqazda inteqrasiya proseslərində aparıcı rola malikdir. Bakı 44 günlük müharibə başa çatandan dərhal sonra Ermənistana bu çağırışla müraciət etdi. Onlara regional və beynəlxalq layihələrdə iştiraklarının təmin ediləcəyi də deyildi. Əgər İrəvan dörd il əvvəl bu addımı atsaydı, Qərbin bölgədə təxribatçı addımlarının şahidi olmazdıq. Amma Hayastan ermənipərəst Qərbin təhriki ilə fərqli yol seçdi. Fransa, Ağ Evin demokrat administrasiyası onu silahlandırmaqla revanşa şirnikləndirdi. Əsas maraqları isə Rusiya və İranın Cənubi Qafqazda fəallığını sıfıra endirmək, təsir dairəsini məhdudlaşdırmaqdır. Regionun söz və güc sahibi olan Bakı bununla bağlı İrəvana ən yüksək səviyyədə xəbərdarlığını edib”.   

* * * 

Bəli, biz hayların silahlandığını, Fransanın, Aİ-nin, Hindistanın fitvasına getdiklərini görürük. Onların arxasında duran qüvvələrin niyyətlərindən də xəbərdarıq. Əgər Ermənistan, doğrudan da, müstəqil dövlət olsaydı Azərbaycanla sülhə gələrdi. Belə görünür ki, “3+3” formatı hələ özünün kulminasiya nöqtəsinə çatmayıb. Yaxın zamanlarda bunun şahidi olacağımıza ciddi əsaslar yaranıb. Ermənistandan fərqli olaraq, Qərbin oyununa “yox” deyən Gürcüstanın “Qafqaz evi”nin sakininə çevriləcəyi gün uzaqda deyil. 

Ötən illərin təcrübəsi göstərir ki, regiondankənar oyunçuların, o cümlədən ABŞ və Avropa ölkələrinin müdaxiləsi Cənubi Qafqaz üçün müsbət heç nə verməyib. Bu nöqteyi-nəzərdən “3+3” platforması digər güc mərkəzlərinin region ölkələrinin daxili işlərinə qarışmasının qarşısını almağa imkan verəcək. 2021-ci ildə “3+3”-ün Moskva görüşündə təəssüf ki, regionun bütün ölkələri iştirak etməyib. Üç il əvvəl Gürcüstan həmin toplantıya qatılmamışdı. İntəhası digər iştirakçılar bu formata qoşulacaqlarını əminliklə dilə gətirmişdilər. Formatın qapıları bu gün Tbilisinin üzünə açıqdır.

Ortadakı reallıq ondan ibarətdir ki, Azərbaycan, ən azı, 100 illik problemini – ərazi bütövlüyünü bərpa, eləcə də Qarabağ üzərində suverenliyimizi tam təmin etdi. Bundan sonra əsas hədəfimiz, dünyada və bölgədə cərəyan edən hadisələri nəzərə almaqla, sülh sazişinin imzalanmasına çalışmaqdır. Əlbəttə ki, bu, Bakının açıq mətnlə irəli sürdüyü, beynəlxalq hüquqa və ədalətə söykənən şərtlərinin İrəvan tərəfindən qəbul olunmasından və icrasından sonra baş tuta bilər. Yəni diplomatik yanaşmanın fəlsəfəsinə görə, Azərbaycan gələcəkdə Hayastan tərəfindən təhlükənin yaranmayacağına əmin olduğu halda Ermənistanla yeni müharibə ehtimalı da aradan qaldırılmış olacaq. Qarabağda genişmiqyaslı quruculuq və abadlıq, məskunlaşma işlərini həyata keçirən Azərbaycan məhz bu şərtləri yerinə yetirdikdən sonra Ermənistanla müxtəlif səviyyələrdə dialoqu genişləndirməyə hazır olaçaq. Bu dialoqu gerçəkləşdirəcək ən optimal platforma isə “3+3”dür.

İ.HƏSƏNQALA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri