Icma.az
close
up
RU
Füzlinin intensiv inkişafı...

Füzlinin intensiv inkişafı...

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Şəfa ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru
Hazırda işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı intensiv proseslər gedir və layihələr həyata keçirilir. Bunlarla bağlı olaraq məqsədli dövlət proqramı da reallaşdırılır. Beləliklə, müqəddəs torpaqlarımızın cənnətə çevrilməsi və bu ərazilərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri görülməkdədir. Digər tərəfdən, Böyük Qarabağ Zəfərinin 5 illiyi ərəfəsində artıq postkonflikt ərazilərdə 50 mindən çox insan məskunlaşıb. İri nəqliyyat layihələri həyata keçirilir və yüksək texnologiyalar əsaslı infrastruktur formalaşdırılır.
Dövlət başçısının müvafiq sərəncamı ilə 17 oktyabrı şəhər günü kimi qeyd edən Füzuli şəhəri Qarabağ iqtisadi rayonunun strateji inzibati vahidlərindən biri kimi diqqət çəkir. Şəhərin məskunlaşması prosesləri və inkişaf drayverləri artıq intensiv fazaya keçib. Şəhər təsərrüfatının formalaşdırılması, müasir və yüksək keyfiyyətli yaşayış massivlərinin istifadəyə verilməsi keçmiş məcburi köçkünlərimizin planlı şəkildə və məmnunluq şəraitində məskunlaşmasını təmin etməkdədir. Artıq Füzuli şəhərin füsünkar gözəlliyi və arxitektura baxımdan cəlbediciliyi göz oxşamaqdadır.
Füzuli şəhərinin formalaşmasının qədim tarixi var. 1403-cü ildən 1905-ci ilə kimi bu şəhərin adı Qarabulaq olub. Sonrakı dövrlərdə Rusiya imperiyasının təsiri altında yaşayış məskəninə çar polkovniki Qaryaginin adı verilib. Bundan əlavə, Füzuli inzibati ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə təşkil olunub. SSRİ dövründə isə - 1930-cu il avqustun 8-də inzibati rayon status alıb və Qaryagin adlandırılıb. Amma, 1950-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonuna çevrilib.
Füzuli rayonunun ərazisi mailli düzənliklərdən, eyni zamanda Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən formalaşıb. Bu rayon Azərbaycanın Cənub sərhədləri baxımında, İranla Araz çayı boyunca sərhəd xətti kimi strateji əhəmiyyət daşıyır. Rayonun ərazisi 1,39 min kvadrat kilometrdir və hazırda əhalinin sayı 134 min nəfərdən çoxdur. Füzuli şəhəri ilə bərabər, Horadiz şəhəri də müasir infrastruktura malikdir. Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış 11 yeni Qayıdış, 5 Zobucuk, 1 Fin qəsəbələri ilə yanaşı, 82 kənd mövcuddur.
Son illərdə Füzuli şəhərinin yenidən qurulması prosesləri sürətlə davam edir. 2026-cı ilin sonuna kimi burada 22 min insanın yaşaması nəzərdə tutulur və bu, Böyük Qayıdış Proqramında öz əksini tapıb. Əhalinin rahat yaşaması üçün mühüm infrastruktur obyektləri tikilib. 2023-cü il oktyabrın 17-də Füzuli şəhəri günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev deyib ki, indi insanlar burada rahat yaşaya bilərlər:
“Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk... Şəhərin özünəməxsus məşğulluq imkanları var... Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır”.
Hesab edirik ki, Füzuli şəhərinin sürətli inkişafı Qarabağın dirçəldilməsində maksimum dinamikliyi təmin etməkdədir. Bunlarla bərabər, Füzuli şəhəri Qarabağ iqtisadi rayonunun sosial-iqtisadi inkişafında və güclü iqtisadiyyat strukturu formalaşdırılmasında önəmli rol oynayacaqdır”.
Şəhər gününüz mübarək olsun, doğma Füzulilər! Qarabağ və müstəqil Azərbaycanımız var olsun!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri