Icma.az
close
up
RU
3+3 platformasının işləkliyi inandırıcı görünmür ŞƏRH

3+3 platformasının işləkliyi inandırıcı görünmür ŞƏRH

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında “3+3” regional formatından danışıb. XİN rəhbəri qeyd edib ki, "3+3" formatının qapıları Gürcüstan üçün açıq qalır.

Lavrovun sözlərinə görə, bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur:

"Gürcüstanın hazırkı rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır. “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir".

Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq:

“3+3” əməkdaşlıq təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən birlikdə irəli sürülüb və bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib. Gürcüstanın mövqeyində şübhəni və nüansları anlayırıq. Lakin gürcü nümayəndələr üçün “kreslo” hər zaman bu formatda iclasın keçirildiyi zalda olacaq".

Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski isə deyib ki, Gürcüstan 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır. Volski bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında vəziyyət kifayət qədər gərgindir:

"Rusiya, Türkiyə və İran arasında da normal münasibətlər yoxdur. Bu məsələ Gürcüstanın həm siyasi, həm də iqtisadi baxımdan bu platformada iştirakda maraqlı olacağı səviyyəyə qaldırılmayıb. Görünür, bizim bu formata qoşulmağımızı nə siyasi, nə də iqtisadi baxımdan əsaslandırmaq olmur. Odur ki, prosesləri gözləyək. Gürcüstanın təəssüf ki, dünya proseslərinə təsir edəcək resursları yoxdur, lakin biz düzgün siyasət seçmişik və bu günə kimi ölkəmizdə sabitliyi qoruyub saxlamışıq".

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətovun sözlərinə görə, Rusiya açıq şəkildə Gürcüstana deyir ki, işğal altında olan ərazilərini unutsun və həmin bölgənin Rusiyaya aid olduğunu qəbul etsin. 

Ekspert vurğulayıb ki, Gürcüstan haqlı olaraq bu məsələyə sərt reaksiya verir və Rusiyadan torpaqlarının qaytarılmasını istəyir: 

"Əgər Gürcüstan hökuməti "3+3" formatına qoşulsa və Rusiya ilə münasibətləri yenidən qursa, bu, avtomatik olaraq Tbilisi hökumətinin Abxaziya və Şimali Osetiyanı "Rusiya ərazisi" kimi tanıması anlamına gələcək. O baxımdan Gürcüstanın "altılıq" platformasında iştiraka razılıq verəcəyi inandırıcı görünmür. Rusiya rəsmilərinin, Sergey Lavrovun belə bir arzusu ola bilər. Onların bu məsələdə istəyi və məqsədi anlaşılandır. Ancaq ortada Gürcüstanın konkret və qətiyyətli mövqeyi var və öz torpaqlarının işğaldan azad olunmasını tələb edir".

Samir Hümbətov: "Altılıq"ın reallaşması üçün altı ölkənin hamısının bir-biri ilə normal münasibəti olmalıdır

Müsahibimiz bildirib ki, ona görə də söhbət "3+3" platformasından yox, "beşlik", yəni "3+2" formatından gedə bilər. Onun sözlərinə görə, artıq bu yöndə müəyyən müzakirələr gedib, bir sıra görüşlər keçirilib. "Altılıq" əməkdaşlıq platformasının reallaşması üçün isə altı ölkənin hamısının bir-biri ilə normal münasibəti, əməkdaşlığı olmalıdır.

"Hazırda Azərbaycan və Ermənistan arasında da sülh bağlanmayıb, əməkdaşlıq yoxdur. İran-Azərbaycan münasibətlərində də zaman-zaman gərginlik müşahidə olunur. Yəni kifayət qədər regional problemlər var və ikili münasibətlərdə soyuqluq aradan qalxmadan "3+3" platformasının işləkliyi inandırıcı görünmür", - deyə Samir Hümbətov qeyd edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri