Icma.az
close
up
RU
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? (ŞƏRH)

Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"ABŞ-ın Zənəgəzur dəhlizinə nəzarət formatında Cənubi Qafqaza gəlişilə regionda 3+3 formatı artıq, 4+3 formatı ilə əvəzlənəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Vaşinqtonda Zəngəzur dəhlizilə bağlı imzalanan üçtərəfli saziş fonunda Cənubi Qafqazda mövcud olan 3+3 formatının taleyi məsələsinə toxunarkən deyib.

Azər Qasımov bildirib ki, Azərbaycanın Ermənistanla müharibədən sonra düşmənçiliyə son qoymaq və region ölkələrinə iqtisadi əməkdaşlıq üçün 3+3 formatını təklif etməsi ilk növbədə İrəvan, sonra isə digər region ölkələri üçün mühüm addımdır:

"Gürcüstan xaric, digər format ölkələrinin də bunu qəbul edərək təklifə qoşulmaları onların da məsələnin vacibliyini başa düşdüklərinin göstəricisi idi. Vaxtilə Lavrov demişdi ki, bütün ölkələr ənənəvi sərhəd qonşularından başqa bir də Amerika ilə qonşudur. İndi ABŞ-ın Zəngəzur dəhlizinə gəlməsi bunun əyani isbatıdır. Məsələnin mahiyyəti odur ki, bir əsr bundan sonra da Cənubi Qafqaz daima ABŞ-ın region aktoru və iştirakçısı kimi maraqlarını nəzərə almalı olacaq. Nəticədə Cənubi Qafqazda 3+3 formatından yox, real şəkildə 4+3 formatından söhbət gedəcək".


Ekspert deyir ki, Vaşinqtonun bununla da regionumuza təsiri xeyli artacaq:

"100 il ərzində regiondakı masada mütləq ABŞ olacaq. Bütün ölkələr Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü təhlükəyə atacaq planlar cızanda bir neçə dəfə fikirləşməli olacaqlar. ABŞ-ın regiona təsiri bir neçə dəfə artacaq. Əvvəla ABŞ öz missiyasını yerinə yetirmək və qorumaq üçün regionda sabitlikdə maraqlı olacaq. Həm ölkə daxili, həm də ölkə xarici siyasət faktorları böyük ölçüdə hərtərəfli ABŞ standartlarına uyğunlaşmalı olacaq".

Həmsöhbətimizin fikrincə, nəticədə regionun geosiyasi durumu da köklü surətdə dəyişəcək: 

"Bu regionda əvvələr mövcud olan təhlükəsizlik və iqtisadi arxitekturanın yenidən yazılması anlamına gəlir".

Politoloq Zərdüşt Əlizadənin fikrincə, 3+3 formatı yalnız o halda mümkündür ki, Cənubi Qafqazın 3 ölkəsi hansısa bir mühüm xarici siyasət və iqtisadi məsələlərdə vahid mövqe ortaya qoya bilsin:


"Əks halda, 3+3 formatı olmayacaq. Hələlik Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Türkiyədən ibarət müştərək əməkdaşlıq formatı mövcuddur. Bir də İran, Ermənistan və Rusiyadan ibarət ortaq mövqe mövcuddur. Onlar isə bir-birinə qarşı olan üçlüklərdir. Odur ki, 3+3 formatı ortaya atılandan nisyə söhbətdir".

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında həm sülh sazişinin paraflanması həyata keçirilib, həm də Zəngəzur dəhlizilə bağlı mühüm sənəd imzalanıb. Ona əsasən sözügedən dəhlizə özəl Amerika şirkəti nəzarət edəcək. Eyni zamanda, regionda hələlik Gürcüstan iştirak etməsə də, 3+3 formatı da mövcuddur. Lakin bu format hələ də real olaraq özünü təsdiq edə bilməyib. Belə bir vəziyyətdə isə regiona dəhliz amilindən istifadə etməklə ABŞ-da gəlir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri