Icma.az
close
up
RU
33 yaşlı poliqlot həkim intihar edib? Görüntülər ortaya çıxdı

33 yaşlı poliqlot həkim intihar edib? Görüntülər ortaya çıxdı

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Gəmidə həkim işləyən 33 yaşlı Tural Sultanovun itkin düşməsindən 31 gün keçir. Ailəmiz, Turalın atası, anası çox ağır günlər yaşayır.

Bakupost.az xəbər verir ki, bu sözləri jurnalist Ağanisə Sultan həkim qohumunun itkin düşməsi ilə bağlı növbəti açıqlamasında qeyd edib.

O xatırladıb ki, gəmidə həkim işləyən əmisi oğlunun dənizə düşməsi ilə bağlı çoxlu suallar var:

“Həmin gün gəmidə nə baş verib, Tural niyə dənizə düşüb? Peşəkar üzgüçü olduğu halda niyə xilas olmayıb və ya edilməyib? Hadisə baş verdiyi an kamera görüntülərində nələr yer alıb? Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atasının ən böyük istəyi Turalın Almaniyada təhsilini, işini davam etdirməsi, məşhur həkim olması idi. Təbii ki, oğlunun seçiminə də hörmətlə yanaşırdı.

Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də mənzərəsi dənizə açılırdı... Tural hadisədən bir gün əvvəl son dəfə anası Aygün xanımla danışıb”.

Aygün xanım bildirib ki, Tural hər şeyin qaydasında olduğunu deyib:

“Əslində bir ay dənizdə, bir ay evdə olurdu. Amma bu dəfə başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15-i arası qayıdacaqdı”.

A.Sultanın sözlərinə görə, sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər:

“Turalın işlədiyi gəmi sahilə yan alandan sonra ailəyə kamera görüntüləri göstərilib. Arxadan, çox uzaqdan görüntülər var. Anası deyir ki, biz öndən çəkilən görüntüləri istəyəndə, dedilər ki, əllərində olan ancaq budur”.

“Tural niyə özünü suya atıb? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur?” - ailə bu suallara cavab tapmaq istəyir.

Məlumata görə, Tural həm də idmançı olub, bir neçə dil bilirmiş, 5-ci dil kimi ispancanı öyrənirmiş.

“Peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik. Turalımın arzuları vardı”, - anası bildirib.

“Ailədə, əmimgildə olan məlumata görə, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb. Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub? Əgər intihar etmək fikrində olubsa (birmənalı şəkildə bunu rədd edirik), nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?” - A.Sultan yazıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri