Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq.
Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Yeni razılaşmaya əsasən, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Azərbaycanda yaşayan və ya əmlakı olan, barəsində icra icraatı aparılan Rusiya vətəndaşları haqqında müvafiq dövlət qurumlarından məlumat tələb edə biləcək.
Məlumat mübadiləsi vətəndaşların iş yeri, rəsmi gəlirləri, bank hesabları, daşınmaz əmlakı, avtomobilləri, şirkətlərdəki payları və digər aktivlərini əhatə edəcək.
Saziş qarşılıqlı xarakter daşıyır. Bu isə Azərbaycan tərəfinin də müvafiq icra işləri çərçivəsində Rusiyadan məlumat tələb edə bilməsini nəzərdə tutur.
Qeyd edək ki, sənəd 2025-ci il mayın 13-də Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb.
Putinin noyabrın 2-də imzaladığı qanunla Rusiya həmin sazişi ratifikasiya edib.
Sazişin əsas məqsədi məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının icrası zamanı borcluların əmlak və gəlirlərinin müəyyənləşdirilməsi, dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsidir.
Məlumat mübadiləsi bütün vətəndaşlara avtomatik şamil edilməyəcək. Sorğular müvafiq icra icraatları çərçivəsində göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















