“Şərhlər heç vecimə də deyil”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Türkiyəli aktyor Mehmet Günsür həyat yoldaşı Katerina Mongio ilə birlikdə qatıldığı 63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalından sonra sosial mediada tənqidlərə tuş gəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri aktyorun xanımı barədə tənqid və mənfi şərhlər yazıb.
Aktyor qatıldığı tədbirlərin birində “Şərhlər heç vecimə də deyil. Kim nə istəyir, onu da deyə bilər”, - sözləri ilə mövzuya son qoyub.
Sözügedən festivalda “Ən yaxşı kişi aktyor” mükafatına layiq görülən Günsür sevincini bu cür bölüşüb: “Çox xoşdur. Biz bu işi mükafat almaq üçün görmürük, amma sevmədən də ediləcək bir peşə deyil. Əməyimin bu cür dəyərləndirilməsi çox gözəl hissdir”.
Uzun illərdir ailəsi ilə birlikdə İtaliyada yaşayan 51 yaşlı aktyor, “Türkiyə üçün darıxırsınızmı?” sualına “Mən şanslıyam. Orada olanda bura üçün darıxıram, burada olanda isə ora üçün. Nə xoş mənə ki, rahatca gedib-gələ bilirəm”, - cavabını verib.
Xatırladaq ki, Mehmet Günsür film rejissoru olan Katerina Mongio ilə 2006-cı ildə ailə həyatı qurub. Evliliklərinin 20-ci ilinə qədəm qoyan cütlüyün Ali, Maya və Xloye adında üç övladı var. Aktyor iyul ayında həyat yoldaşına olan sevgisini bu sözlərlə ifadə etmişdi: “Onu tapdığım üçün özümü çox şanslı hiss edirəm. Onunla hər gün yenidən, düz 10 dəfə evlənə bilərəm”.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Noyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















