35 il əvvəl İğdır: “Yol verin Azərbaycana keçək” Video
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1990-cı il yanvarın 20-də Sovet ordusunun Azərbaycanda törətdiyi qətliamdan 35 il keçir.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Qanlı Yanvar”ın ildönümündə 35 il əvvəl Bakıdakı qırğınlarla bağlı Türkiyədə keçirilən aksiyaların görüntüləri yenidən gündəm olub.
Faciədən 5 gün sonra Türkiyənin İğdır bölgəsində böyük kütləvi aksiya təşkil edilib, xalq meydanlara tökülüşüb və Azərbaycana dəstəyini ifadə edib. Aksiyada “Yol verin Azərbaycana keçək”, “Ordu Bakıya”, “Azərbaycan türkdür türk qalacaq” kimi şüarlar səsləndirilib.
Aksiyalar Türkiyənin İstanbul və Ankara kimi müxtəlif bölgələrində də günlərlə davam edib. İstanbuldakı mitinqə 25 min nəfərdən çox insan qatılıb. Lakin ən ciddi dəstək yürüşləri məhz İğdırda olub.
Faciənin ildönümündə İğdırda keçirilən aksiyanın görüntüləri yenidən sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində gündəm olub və yayılmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 20 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















