Icma.az
close
up
RU
35 il öncə diplom alanlar barədə qərar verilə bilər Səbəb

35 il öncə diplom alanlar barədə qərar verilə bilər Səbəb

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) övladına diplomu pulla aldığını etiraf etməsi müzakirələr yaradıb. İddialara görə, 1990-2000-ci illərdə universitetlərdə saxta diplomlar alınıb, satılıb.

İş adamının açıqlamasından sonra bu məsələ araşdırılırmı? Elm və Təhsil Nazirliyi niyə mövqe bildirmir?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, diplomlar qanunsuz yollarla əldə edilibsə, sənədlər əsasında verilən vəzifələr, elmi dərəcələr, təqaüdlər və digər hüquqlar da sual altına düşür:

“Elm və Təhsil Nazirliyinin bu iddialara susqun münasibəti həm hüquqi, həm də ictimai baxımdan izahsızdır. Nazirlik ən azı ilkin mövqe bildirməli və ictimaiyyəti məlumatlandırmalı idi ki, belə halların araşdırılması üçün hansı mexanizmlər var və ya nəzərdə tutulur. 1990–2000-ci illərdə onlarla təhsil müəssisəsində ciddi inzibati boşluq və korrupsiya halları müşahidə olunub. Həmin dövrdə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş elektron nəzarət mexanizmi mövcud deyildi. Diplomların saxtalaşdırılması və ya rüşvət qarşılığında verilməsi halları geniş vüsət almışdı. Mövcud diplomlar bu gün hələ də dövlət strukturları, bələdiyyələr, hüquq-mühafizə orqanları, hətta təhsil müəssisələrində çalışan şəxslərin əlindədir. Bu isə yalnız keçmişin problemi deyil — bugünkü dövlət idarəçiliyinin keyfiyyəti və legitimliyi məsələsidir”.

Ekspert bildirib ki, son 10 ilin məlumatlarına əsasən, dövlət və özəl sektorda çalışan ali təhsilli şəxslərin sayında artım var:

Kamran Əsədov

“Təhsili faktiki almadan, yalnız diplom əldə etmiş şəxslər bu artımda statistik rəqəm kimi görünür, amma real səriştəyə malik olmadan vəzifələrdə təmsil olunurlar. Bu isə dövlət idarəçiliyində effektivliyin azalmasına, vətəndaşın dövlətə inamının zəifləməsinə və ümumilikdə insan kapitalının devalvasiyasına səbəb olur. 1990–2000-ci illər arasında verilmiş bütün diplomlar elektron sistemə daxil edilməli və arxivlər rəqəmsallaşdırılmalıdır. Sonra həmin diplomlar üzrə ətraflı məlumatlar — dərs keçən müəllimlər, fənlər, qiymət protokolları, iştirakçı siyahıları və sair üzrə uyğunluq yoxlaması aparılmalıdır. Diplomla real təhsil prosesi arasında fərq aşkarlanarsa, bu sənədlərin hüquqi qüvvəsi itirilməli, diplomlar əsasında verilən hüquq və vəzifələr yenidən qiymətləndirilməlidir. Bununla yanaşı, sosial aspektlər də nəzərə alınmalıdır. Bu diplomları əldə edən şəxslərin bəziləri artıq uzun illərdir, real iş təcrübəsi və bilik qazanıb. Ona görə də yalnız formal diplom yoxlaması yox, faktiki səriştəyə əsaslanan alternativ qiymətləndirmə mexanizmləri yaradılmalıdır. Şəxs real bilik və bacarığını sübut edirsə, ona alternativ sertifikatlaşdırma ilə fəaliyyətini davam etdirmək imkanı verilməlidir. Əks halda, bu kampaniya sosial narazılıq və populist qisasçılığa çevrilə bilər”.

Kamran Əsədovun fikrincə, Elm və Təhsil Nazirliyi ən azı ilkin araşdırmanın başlanması və şəffaflığın təmin olunacağı ilə bağlı açıqlama verməlidir:

“Bu baş verməsə, ictimai etimad zəifləyəcək, cəmiyyət haqlı olaraq “biliksiz diplom, diplomlu savadsızlıq” paradoksunun cəzasız qalacağına inanacaq. Bu isə yalnız təhsili deyil, ümumən dövlətə inamı zədələyəcək. Bu gün mövcud məsələni üzə çıxarmaq və şəffaf araşdırma aparmaq — keçmişlə üzləşmək deyil, gələcəyi düzgün qurmaq deməkdir. Təhsildə saxtakarlığın kökü kəsilmədikcə, bilik əməllə deyil, pulla əldə edildikcə, nə sosial ədalət bərqərar olacaq, nə də dövlətçilik keyfiyyətlə davam edəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri