Qurban Qurbanov iki futbolçunu heyətdən qovub?
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” - “Qarabağ” görüşündə (2:0) gərgin anların yaşanmasından xəbərdarsız.
İtalyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb.Onlar komanda yoldaşlarıonları sakitləşdiriblər. Əcnəbilərin niyə mübahisə etdiyi bəlli deyil. Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib. Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi monteneqrolu və braziliyalı yarımmüdafiəçilər heç bir cəriməyə məruz qalmayıb
Mübahisə iştirakçıları, sadəcə, tənbeh edilib. Səbəbkarlar isə oyunun stressindən əsəblərinə hakim ola bilmədiklərini, söz güləşdirdiklərini söyləyiblər.
Baxış sayı:41
Bu xəbər 28 Noyabr 2025 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















