Icma.az
close
up
RU
35 yaşı tamam olmayan və gələn il möhlət hüquqi bitən şəxslər hərbi xidmətə aparılacaq? AÇIQLAMA

35 yaşı tamam olmayan və gələn il möhlət hüquqi bitən şəxslər hərbi xidmətə aparılacaq? AÇIQLAMA

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan  Əlizadə “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib. 

Pravda.az-ın suallarını cavablandıran A.Əlizadə deyib ki, qanun layihələri bir sıra mütərəqqi müddəaları ehtiva edir: "Seçicilərimizin bu qanunun qəbulu ilə bağlı məsələyə diqqəti təbiidir. Təklif olunan layihəyə müvafiq olaraq, hərbi çağırış yaşının son həddi 35-dən 30-a endirilir. Bu da kifayət qədər ciddi, eyni zamanda müsbət dəyişiklikdir. Bunu xüsusi qeyd edirəm. Qanuna dəyişiklik ikinci və üçüncü oxunuşda qəbul edilib, Azərbaycan Prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək və hər kəsə şamil olunacaq”. 

Deputat möhlət hüququ gələn il bitən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmayacaqları ilə bağlı suallara da aydınlıq gətirib: “Məlumdur ki, Azərbaycan Konstitusiyasının müddəasına görə, qanunun yüngülləşdirici halda geriyə qüvvəsi vardır. Buna görə də yeni qanun layihəsi möhlət hüququ gələn il bitən şəxslərə də şamil olunacaq. 30 yaşdan yuxarı artıq hərbi xidmətə çağırış reallaşdırılmayacaq”. 

A.Əlizadə hərbi xidmət müddətinin 1 ilə endirilməsi məsələsinə də cavab verib: “Sual doğuran digər məsələlərdən biri hərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il yarımdan 1 ilə endirilməsidir. Gələcəkdə reallıqlar nəzərə alınmaqla bununla bağlı müvafiq addımlar atıla bilər, gözləntilərdən biri budur, lakin hazırkı qanun dəyişikliyində isə əksini tapmayıb. Bütövlükdə, qanuna edilən dəyişiklikləri mütərəqqi hesab edirəm. Bu istiqamətdə gələcəkdə insanımızın gözlədiyi müsbət müvafiq addımlar növbəti dəfə də atılacaq”. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see175

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see138

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri