Icma.az
close
up
RU
Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun İrəvana səfəri və burada Ermənistanın Baş naziri Nikol Paşinyan, eləcə də xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş regionla bağlı mühüm geosiyasi siqnallar hesab edilir. Erməni mediasında yayılan məlumatlara əsasən, bu səfər Minsk Qrupunun fəaliyyətinə son qoyulması yönündə mühüm addım kimi qiymətləndirilir. Belə ki, artıq yaxın günlərdə bu qurumun rəsmi şəkildə buraxılması və fəaliyyətinə xitam verilməsi ehtimalı aktuallaşır.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Siniroğlunun səfərinin Minsk Qrupunun buraxılmasının əsasını qoyduğu fikri doğru deyil:

“Ermənistanda Paşinyan əleyhdarları və onların nəzarətində olan bəzi media qurumları ATƏT Baş katibinin bir türk olmasından doğan narahatlıqlarını bu şəkildə ifadə edərək həm ictimai rəydə antitürk mövqeyini gücləndirməyə, həm də ATƏT-in Minsk Qrupunun buraxılması ehtimalından Paşinyan əleyhinə istifadə etməyə çalışırlar.

Gələn ilin Ermənistanda seçki ili olduğunu nəzərə alaraq demək olar ki, bundan sonra Ermənistan rəsmilərinin istənilən türk nümayəndə ilə təmasları anti-təbliğat vasitəsi kimi istifadə olunacaq və biz buna hələ çox şahidlik edəcəyik. Çünki Ermənistan cəmiyyətində hələ də anti-Türk mövqeyi geniş yayılıb və üstünlük təşkil edir.

ATƏT Minsk Qrupunun buraxılması ehtimallarına gəldikdə isə, Siniroğlunun səfərinin məqsədi hər nə qədər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq və fərdi proqramların həyata keçirilməsi olsa da, eyni zamanda Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesi və Azərbaycan–Ermənistan sülh danışıqları da müzakirə mövzusu olub”.

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, Sinirlioğlu Azərbaycanın ATƏT-in Minsk Qrupuna dair mövqeyini və ümumilikdə ATƏT-in uzun illər ərzində Qarabağ münaqişəsinin həlli üçün real addımlar atmaması səbəbilə ölkəmizin bu quruma qarşı mənfi münasibətini yaxşı bilir:

“Lakin hazırda ATƏT-in Baş katibi postunu tutması ona Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanla danışıqlar aparmaq imkanı vermir.

Buna baxmayaraq, rəsmi məlumata görə Sinirlioğlu ilə görüşdə Ararat Mirzoyanın Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunması və sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim etməsi göstərir ki, bu məsələ də dolayı yolla müzakirə olunub və Ermənistanın mövqeyi öyrənilib. Böyük ehtimalla bu, Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü şərtlər kontekstində müzakirə olunub.

İstənilən halda, hazırkı mərhələdə Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı mövqeyində hər hansı bir dəyişikliyin olmadığı açıq görünür. Ermənistan rəsmiləri münaqişənin bitdiyini və Azərbaycan ərazilərinə iddialarının olmadığını bildirsələr də, bunun təsdiqi üçün real addımlar atmaqdan çəkinirlər. ATƏT-in Minsk Qrupundan imtina etməməklə, Ermənistan münaqişənin hələ də tam bitmədiyi təəssüratını yaratmağa çalışır.

Ermənistanın Minsk Qrupunun saxlanılmasında israr etməsinin ikinci səbəbi isə Fransanın bu istiqamətdə İrəvana göstərdiyi təzyiqlərlə bağlıdır. ABŞ və Rusiya tərəflərlə dialoq aparmaq üçün hər hansı quruma ehtiyac duymur. Fransa isə danışıqlarda iştirak etmək və müəyyən təsir imkanları əldə etmək üçün ATƏT-in Minsk Qrupu formatına ehtiyac duyur.

Odur ki, Siniroğlunun Ermənistan rəsmiləri ilə görüşünün ATƏT-in Minsk Qrupunun buraxılmasını sürətləndirəcəyinə dair nikbin deyiləm. Ermənistana bu istiqamətdə təzyiqlər göstərilməyincə və Fransa Minsk Qrupunun buraxılmasına “hə” deməyincə, İrəvanın müvafiq addımlar atacağı inandırıcı görünmür”.

Globalinfo.az xatırladır ki, ötən həftə Nikol Paşinyan Minsk Qrupunun buraxılması ehtimalına toxunmuşdu. Bəzi iddialara görə isə bu, bir oyundur. İrəvan bu oyunu Fransa ilə birlikdə səhnələşdirib. Üzdə görünən budur ki, Paşinyan hökuməti Minsk Qrupunun buraxlılmasına razıdır. Amma Fransa prezidenti Emmanuel Makron arxa planda bunun qarşısının alınması üçün hazır dayanıb. Güman ki, rəsmi Bakı bu siyasi teatrın fərqindədir.

Azərbaycan dövləti sülh sazişinin imzalanması üçün Minsk Qrupunun ləğv edilməsini, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını tələb edir. Bunlar olmayınca, Ermənistanla sülh sazişinin imzalanacağı mümkün görünmür.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri