Icma.az
close
up
RU
Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"100 yaşına qədər yaşamaq üçün yaxşı genetik meyilə sahib olmaq lazımdır".

Oxu.Az xəbər verir ki, rusiyalı biologiya elmləri namizədi, "Genotek" şirkətinin elmi əlaqələr şöbəsinin rəhbəri Yekaterina Surkova Gazeta.ru-ya müsahibəsində bu barədə danışıb.

"Bu yaşa çatmaq üçün məhz genetik xüsusiyyətlər ön plana çıxır. Əgər 87 yaşa qədər yaşamaq ehtimalına genetika cəmi 25% təsir edirsə (qalan 75% həyat tərzindən asılıdır), bu yaşdan sonra köklü dəyişiklik baş verir: artıq 75% genetik faktorların payına düşür. Bunu dolayısı ilə təsdiq edən fakt odur ki, bəzi uzunömürlülər heç də sağlam həyat tərzi sürmürlər", - deyə ekspert qeyd edib.

Bununla belə, 87 yaşa qədər yaşamaq üçün bir neçə qızıl qaydaya əməl etmək lazımdır: heç vaxt siqaret çəkməmək, narkotik asılılıqdan çəkinmək, alkoqoldan sui-istifadə etməmək, fiziki aktivliyi qorumaq, kifayət qədər yuxu yatmaq, düzgün qidalanmaq, stresi idarə etməyi bacarmaq və sosial əlaqələri qoruyub saxlamaq.

Alimlər ömür uzunluğuna töhfə verən genləri müəyyən etmək üçün uzunömürlülərin (90 yaşdan yuxarı insanlar) və superuzunömürlülərin (110 yaş həddini keçənlər) genomlarını fəal şəkildə öyrənirlər. Heç bir "uzunömürlülük geni"nin tapılmamasına baxmayaraq, bəzi qanunauyğunluqlar müəyyən edilib.

"APOE4 variantı olan insanlarda Altsheymer və ürək-damar xəstəliklərinə tutulma riski yüksəkdir və bu da ömrün gözlənilən uzunluq müddətini azaldır. Eyni genin başqa bir variantı - APOE2-nin daşıyıcılarında isə risk daha azdır. Uzunömürlülərin ailələrində APOE2 variantının yayılması əhali üzrə orta göstəricidən yüksəkdir", - deyə Yekaterina Surkova əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:12951
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 05:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri