Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdi

385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çində kömür layları arasında aşkar edilən mikroskopik kəhrəba parçaları Yer üzərində həyatın inkişafı ilə bağlı mövcud elmi təsəvvürləri dəyişə bilər. 

Qaynarinfo xəbər verir ki, toxumlu bitkilərin hələ meydana çıxmadığı Orta Devon dövrünə aid olduğu müəyyən edilən bu qətran qalıqları qədim ekosistemlərin sirrlərini üzə çıxarmağa kömək edə bilər.

Son elmi kəşflər təbiət tarixinin yenidən yazılmasına səbəb ola bilər. İndiyədək məlum olan ən qədim kəhrəba nümunələrinin təxminən 330 milyon il əvvələ – Gec Karbon dövrünə aid olduğu hesab edilirdi. Lakin Çinin şimal-qərbindəki kömür yataqlarında aşkar edilən mikroskopik parçalar bu tarixi təxminən 65 milyon il geriyə – Orta Devon dövrünə aparır.

Tədqiqatçılar "Hujiersite” geoloji formasiyasındakı kömürləşmiş qalıqları ultrabənövşəyi işıq altında araşdırarkən gözlənilməz parıltı müşahidə ediblər. Daha sonra paslanmayan polad iynələr vasitəsilə diqqətlə ayrılan hissəciklər infraqırmızı spektroskopiya və müxtəlif kimyəvi analizlərdən keçirilib.

Analizlərin nəticələri göstərib ki, bu hissəciklər sadə qətran qalıqları deyil, həqiqi kəhrəbadır. Əksəriyyətinin ölçüsü 0,5 millimetrdən kiçik olan bu nümunələr qədim Yer tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Adətən həşəratları və ya bitki toxumalarını özündə qoruyaraq qədim ekosistemlər haqqında məlumat verən kəhrəba bu dəfə alimlər qarşısında daha mürəkkəb suallar yaradıb. Toxumlu bitkilərin hələ formalaşmadığı bir dövrdə bu qətranın hansı canlılar tərəfindən ifraz edildiyi hələ də dəqiq məlum deyil.

Mövcud kimyəvi analizlər onun mənbəyinin iynəyarpaqlılara bənzər qədim bitkilər ola biləcəyini göstərir.

Alimlər hələlik dəqiq növ müəyyən edə bilməsələr də, iki əsas ehtimal üzərində dayanırlar. Bunlardan biri çiçəkli və iynəyarpaqlı bitkilərin əcdadları hesab edilən proqimnospermlər, digəri isə müasir plaunların nəhəng ağacabənzər əcdadları olan likopsidlərdir.

Tədqiqatçılar hesab edirlər ki, onurğalı heyvanların hələ quruya çıxmadığı həmin dövrdə bitkilər qətranı həşərat tutmaq üçün deyil, daha çox tez-tez baş verən meşə yanğınlarına və ya göbələk infeksiyalarına qarşı müdafiə vasitəsi kimi ifraz edirdilər.

"Science Advances” jurnalında dərc olunan araşdırma Yer üzündə hələ də kəşf edilməmiş çoxsaylı fosilləşmiş sirrlərin mövcud olduğunu bir daha nümayiş etdirir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyul 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri