Icma.az
close
up
RU
39 milyon pulun verilməsi yadımda deyil Şlyapa Zahidin məhkəməsində xəzinədar ifadə verdi

39 milyon pulun verilməsi yadımda deyil Şlyapa Zahidin məhkəməsində xəzinədar ifadə verdi

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid Xamiz Süleymanov bildirib ki, "Atabank"da çalışıb, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb:

"Mən ibtidai istintaqda olan kimi ifadə verməmişəm, belə  bir müştəri görməmişəm. Pulu da mən ayırmamışam. Zahid Niftəliyevlə heç bir əlaqəm olmayıb, bankın ümumi xəzinəsində çalışmamışam. Qardaşım Xəyyam əməliyyat kassasında xəzinədar  işləyib. Mənim işim pulların yüklənməsi, sayılması və bankomatlara yüklənməsi olub".

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi hakim tərəfindən elan olunub.

Xamiz Süleymanov istintaqda ifadəsində bildirib ki, bankın əsas xəzinə zirzəmisində çalışıb: "Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyfdə isə  qeyri- rəsmi ayrılan pullar olub. Həmin seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Oradan kiməsə pul verilirdisə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra eləmişəm".

Sonra Xamizin qardaşı Süleymanov Xəyyam Vaqif oğlu şahid qismində ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır: "Neçə dəfə məhkəmə olub, həmçinin onu bankda görmüşəm. Mən bank da xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. 7 milyon nə qədərsə yazılmışdı həmin çekdə. Bu şəxs çeki imzalayıb. Yəqin ki, eləyib də, mənim dəqiq yadımda  qalmayıb. Zahid Niftəliyev özü alıb, mümkün deyil başqa kimsə alsın. Qol çəkdi özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, onunla heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram.  Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdusa sifariş edirik. Onun həmin məbləği hansı nəqliyyat vasitəsi ilə aparmasını xatırlamıram. 

Sonra vəkil Əli Adıgözəlov şahidə bəzi suallar ünvanlayıb.

Vəkil Əli Adıgözəlov: 29 dekabr 2016-ci ildə 39 milyon pulun Zahid Niftəliyeva verilməsi yadınızdadırmı?

Şahid Xəyyam Süleymanov: 39 milyon pulun Zahid Niftəliyevə verilməsi yadımda deyil. Məndən başqa digər xəzinədar Barat Heydərov da müştərilərə  müstəqil pul sayıb verə bilib.

Vəkil Əli Adıgözəlov: Siz, Zahid Niftəliyevi bankda neçə dəfə görmüsüz?

Şahid Xəyyam Süleymanov: Bir dəfə görmüşəm, qalanı yadımda deyil. 

Vəkil Əli Adıgözəlov: Zahid Niftəliyev, siz, Xəyyam Süleymanovdan bankın xəzinəsindən 7 milyon 350 min pul götürmüsüzmü?

Təqsirləndirilən şəxs Zahid Niftəliyev: Mən bu şəxsi ümumiyyətlə görməmişəm. Xəyyam Süleymanov, sənin Allahın, insafın varsa, düzünü danış. Onsuz da Allah qarşında cavab verəcəksən.

Şahid Xəyyam Süleymanov: Mən Zahid Niftəliyeva çek gəlib, pul vermişəm. Digər dediyiniz xüsusi külli miqdarda məbləğ yadıma gəlmir. 

Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə əlaqədar 18 dekabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısı Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri