Icma.az
close
up
RU
“İmişli” AGİN ə müraciət etdi, “Karvan Yevlax” təbii ot örtüyü salacaq

“İmişli” AGİN ə müraciət etdi, “Karvan Yevlax” təbii ot örtüyü salacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasında mövsümün ilk 16 turu həm də bəzi baş məşqçilərin oyunların keçirildiyi stadionların durumuyla bağlı narazılıqlarıyla müşayiət olundu.

Bu sırada daha çox “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu, “Sabah”ın çalışdırıcısı Valdas Dambrauskası gördük. Əsas etiraz isə Tovuz və Yevlax şəhər stadionları, həmçinin Quba Olimpiya İdman Kompleksinin stadionuyla bağlı oldu.
Maraqlıdı, bəs ev oyunlarını bu idman qurğularında keçirən klublar qış fasiləsindən yararlanaraq problemləri aradan qaldırmağa çalışacaqlarmı?
Bu sualla həmin klubların rəsmilərinə müraciət etdik. “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, növbəti ev oyunu yanvarın 25-də “Sumqayıt”a qarşıdı və həmin vaxta hələ təxminən bir ay qalıb. Yeni salınan təbii ot örtüyünün durumundan məsul olan mütəxəssislər bildirir ki, bu müddət qazonun özünü tam həcmdə yeniləyə bilməsi üçün yetərli olacaq.
Beləliklə, premyer-liqa klubları yanvardan etibarən daha etibarlı və keyfiyyətli ot örtüyü üzərində top qova biləcəklər. Kəsəsi, belədə qazona kənardan müdaxiləyə ehtiyac qalmır. Yəni bu ot örtüyünün yeganə çarəsi gözləməkdi. “Karvan-Yevlax”ın idman direktoru Kənan Kərimovdan isə daha fərqli cavab eşitdik. Belə ki, klub rəsmisinin sözlərinə görə, onlar Yevlax şəhər stadionunun ehtiyat meydançasını təbii ot örtüyü ilə təchiz etmək niyyətindədilər. Daha sonra bura tribunalar quraşdırılacaq. Prosesə gələn ilin yayında start veriləcək. Bununla belə, Kənan bəy Yevlax şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu dedi. Əlavə etdi ki, qazon UEFA-nın standartlarına cavab verir və əlavə nəsə etmək niyyətində deyillər.
Ev oyunlarını Qubada keçirən “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu isə ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması yönündə addım atdıqlarını söylədi. Daha doğrusu, stadion Gənclər və İdman Nazirliyinin balansında olduğundan klub bu quruma müraciət edib və qış fasiləsində ot örtüyünün durumunun yaxşılaşdırılmasını istəyib, qarşı tərəfdən müsbət cavab alıb. Yəni müvafiq tədbirlər nazirlik tərəfindən görüləcək.
Beləliklə, mövsümün ikinci yarısında stadionların ot örtükləri haqda daha az giley-güzar eşidəcəyimizə ümid edə bilərik. Həqiqəti isə zaman göstərəcək.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri