Icma.az
close
up
RU
39 yaşlı kişi qayınanasını söydü, arvadına xəsarət yetirdi

39 yaşlı kişi qayınanasını söydü, arvadına xəsarət yetirdi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib, xuliqanlıq hərəkətləri edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” Ticarət Mərkəzinin qarşısında baş verib. 
Cəlilabad rayon sakini Sərxan ictimai yerdə asayişi pozub, hər hansı bir əsaslı səbəb olmadan əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Könülün azyaşlı uşağı Səidəni gəzdirməyə aparmasına ona icazə verməməsini, habelə Könülün anası ilə mübahisə etməsindən ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, küçədə olan şəxslərin gözü qarşısında mübahisə yaradıb. 
Sərxan Könülü nalayiq ifadələrlə təhqir etdikdən sonra onun sifət nahiyəsinə bir dəfə sol əli ilə yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Könül ilə bir neçə il əvvəl tanış olub, münasibətləri daha da irəlilədiyindən onunla qeyri-rəsmi nikahla yaşayıb: “Könül ilə münasibətimdən bir qız uşağı dünyaya gəldi. Övladım dünyaya gəldikdən bir müddət sonra Könül ilə münasibətlərimiz korlanmağa başladı. Bundan sonra Könül ilə ayrılmağa qərar verdik. Ayrıldıqdan sonra dəfələrlə Könülgilin yaşadığı evə gedərək övladımı görmək istədiyimi bildirsəm də, Könül və anası buna imkan verməyiblər”. 
Sərxan qeyd edib ki, 30 oktyabr 2024-cü ildə, saat təqribən 15 radələrində şəxsi işləri ilə əlaqədar “Bakıxanov” Ticarət Mərkəzinə gedib: “Qeyd edilən ünvanda olan zaman Könülü, anasını və övladımı gördüm. Bu zaman yaxınlaşdım və övladımı qucaqlayaraq onunla görüşdüm. Könül və anası mənə övladımı görməyə qoymadıqları üçün onun üçün darıxmışdım. Qızım ilə görüşdükdən sonra Könülün anası məni təhqirlər etməyə başladı. Mən bir qədər səbr etsəm də, sonradan özüm Könülün anasının təhqirlərinə eyni sözlərlə cavab verdim. Bu zaman Könül də məni təhqir elməyə başladı. Əsəblərimə sahib çıxa bilmədim, yumruqla onun üz nahiyyəsindən zərbə endirdim və dərhal etdiyim əməldən peşman olaraq oradan uzaqlaşmağa çalışdım”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, oktyabrın 30-da, saat təqribən 14 radələrində anası və qızı Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinə gedib: “Bazarlıq edib ticarət mərkəzindən çıxdıqda anidən Sərxanı qarşımda gördüm. Bu zaman Sərxan qızını öpüb qucaqladı. Bundan sonra Sərxanla anamın arasında mübahisə başladı. Sərxan küçədən keçən şəxslərin yanında anamı təhqir etməyə başladı. Buna biganə qala bilmədim, Sərxana iradımı bildirdim. Sərxan üzərimə gələrək yumruqla üz nahiyəmdən vuraraq mənə xəsarət yetirdi. Mən aldığım  xəsarətdən yerə yıxıldım. Bu zaman Sərxan həmin yerdən uzaqlaşmağa başladı. Mən ayağa qalxaraq zərbənin təsirindən nə etdiyimin fərqində olmadan Sərxanın arxasınca qaçdım. Yoldan keçən şəxslər məni saxladılar”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə Cəlilabad rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri