Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

4 5 maşının qəzasına səbəb olan sürücüləri hansı cəza gözləyir? AÇIQLAMA

4 5 maşının qəzasına səbəb olan sürücüləri hansı cəza gözləyir? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Paytaxt yollarında sürücülərin yol hərəkəti qaydalarına laqeyd yanaşması növbəti dəfə zəncirvari qəza ilə nəticələnib. Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərib ki, təhlükəli manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması və dönmə işığından yanlış istifadə ciddi nəticələrə səbəb ola bilir. Bəzi sürücülər dönmə işığını yandırmağı yolda üstünlük hüququ kimi qəbul edirlər. Halbuki qanunvericiliyə əsasən, dönmə işığı yalnız xəbərdarlıq xarakteri daşıyır və digər hərəkət iştirakçılarına qarşı üstünlük vermir. Manevr edən sürücü təhlükəsizlik qaydalarına əməl etməli, digər nəqliyyat vasitələrinə maneə yaratmamalıdır. Təəssüf ki, bəzi sürücülərin məsuliyyətsiz davranışı bir anda 4-5 avtomobilin iştirakı ilə baş verən qəzalarla nəticələnir və həm insanların həyatını təhlükəyə atır, həm də yollarda ciddi sıxlıq yaradır.
Keçmiş müstəntiq, hüquqşünas Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sürücünün qayda pozuntusu nəticəsində 5-6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verir:
“Belə hallarda əsas məsələ həmin şəxsin təqsirinin olub-olmamasının müəyyən edilməsidir. Bu məsələni isə məhkəmə avtotexniki ekspertizasının rəyi müəyyən edir. Əgər avtotexniki ekspertiza rəy verərsə ki, sürücü “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq hadisəyə səbəb olub, həmin şəxs məsuliyyət daşıyır. Bu məsuliyyət həm maddi, həm də hadisənin nəticəsindən asılı olaraq cinayət məsuliyyəti ola bilər. Əgər qəza nəticəsində digər avtomobildə olan şəxslər az ağır və ya ağır xəsarət alıblarsa, yaxud ölüm halı baş veribsə, bu zaman sürücü cinayət məsuliyyətinə cəlb oluna bilər. Yox əgər hadisə nəticəsində xəsarət alan olmayıbsa, bu halda sürücü digər avtomobillərə vurduğu maddi ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. Ancaq bütün hallarda ilk növbədə məhkəmə avtotexniki ekspertizasının rəyi həmin şəxsin təqsirli olub-olmadığını müəyyən etməlidir”.
 
@anz.az_

Hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldu Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu yol-nəqliyyat hadisəsinə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır. Təəssüflər olsun ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur. Sürücülərə tövsiyə olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.

♬ orijinal səs - anz.az

Leyla Turan
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri