Icma.az
close
up
RU
Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücüləri bu qədər cəza gözləyir AÇIQLAMA

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücüləri bu qədər cəza gözləyir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Qaradağ rayonu ərazisində baş vermiş bu yol-nəqliyyat hadisəsi bir neçə ciddi hüquq pozuntusunun məcmusu kimi qiymətləndirilə bilər. İlk növbədə, məlumatda “Mercedes” markalı mikroavtobusun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu qeyd olunur ki, bu fakt təsdiqlənərsə, inzibati məsuliyyətlə yanaşı, hadisənin nəticələrindən asılı olaraq cinayət məsuliyyəti də yarana bilər”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova deyib.
Onun sözlərinə görə, qəzada iki nəfərin həlak olması və bir neçə şəxsin ağır xəsarət alması hadisəni artıq Cinayət Məcəlləsinin müvafiq maddələridir: 
“Burada əsas hüquqi qiymət avtotexniki ekspertizanın rəyindən asılı olacaq və toqquşmada hansı sürücünün qayda pozuntusuna yol verdiyi müəyyənləşdiriləcək. Eyni zamanda, qanunsuz sərnişindaşıma faktı sübuta yetirilərsə, mikroavtobusun sahibi və sürücüsü lisenziyasız fəaliyyətə görə əlavə hüquqi məsuliyyət daşıya bilər. Bu isə sığorta məsələlərinə də birbaşa təsir edir: qanunsuz fəaliyyət zamanı baş vermiş qəzalarda zərərçəkənlərin kompensasiya alması çətinləşə və məsuliyyət birbaşa təqsirkar şəxsin üzərinə düşə bilər. Bu hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarının pozulması və nəqliyyat sahəsində qanunsuz fəaliyyət təkcə inzibati məsələ deyil”.
O bildirib ki, bu hadisə insan həyatına ağır nəticələr doğuran hüquqi və cinayət məsuliyyəti yaradan ciddi riskdir:
“Araşdırmanın şəffaf aparılması və hüquqi qiymətin obyektiv verilməsi həm zərərçəkənlərin hüquqlarının qorunması, həm də gələcəkdə belə halların qarşısının alınması baxımından vacibdir. Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati olaraq cərimə və nəqliyyat vasitəsinin müvəqqəti saxlanılması ilə üzləşə bilər. Əgər bu fəaliyyət zamanı ölüm və ya ağır xəsarət baş veribsə, sürücü artıq Cinayət Məcəlləsinə əsasən azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum edilmə cəzası ala bilər. Təqsirkar şəxsin sürücülük hüququ da məhdudlaşdırıla bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri