4 ay əvvəl seçildiyi yüksək postdan getdi FOTO
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Yeni sədr əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, işdən çıxan Orxan Adıgözəlzadə bu ilin yanvarında Sumqayıtın Bələdiyyə Sədri seçilmişdi.
O, Vətən Müharibəsi iştirakçısıdır, “Şuşanın azad olunmasına görə,” “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəfər” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 May 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















