ABŞ təyyarələri Qara dəniz üzərində patrul uçuşları həyata keçirir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ABŞ-a məxsus Boeing P-8A Poseidon dəniz patrul və kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində uçuş həyata keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Stoyanovun sözlərinə görə, uçuş bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda gücləndirilmiş hazırlıq tədbirləri çərçivəsində həyata keçirilib.
Nazir təyyarənin hədəfləri vurmaq qabiliyyətinə malik olmadığını və bölgədə ehtiyac duyulduğu müddətdə fəaliyyət göstərəcəyini bildirib. O, təyyarənin Qara dəniz bölgəsinə yerləşdirilməsinin Bolqarıstan və NATO-nun birgə qərarı olduğunu vurğulayıb.
Stoyanov, həmçinin təyyarədən əldə edilən məlumatların NATO-ya ötürüldüyünü qeyd edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Oktyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















