Icma.az
close
up
RU
“4 ay su içmədi, indi isə…” Yanğından sağ çıxan Ləmandan xəbər var

“4 ay su içmədi, indi isə…” Yanğından sağ çıxan Ləmandan xəbər var

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Ləman hazırda İstanbulda yerləşən “Acıbadem Atakent Hastanesi” xəstəxanasında ağır və həyati təhlükəli müalicə prosesi keçir. Biz 19 mart tarixindən etibarən buradayıq və aylardır davam edən çətin mübarizənin içindəyik”.

Bu sözləri “Yeni Sabah”a Yasamalda baş verən yanğında xəsarət almış Ləman Qulamovanın xalası deyib.

O, bildirib ki, Ləmanın vəziyyəti ağır olaraq qalır: pizza hut

“Fevral ayında “Yeni Klinika”da Ləmanın qida borusu ilə traxeyası arasında 6 sm ölçüdə fistul (yırtıq) aşkar olundu. Bu, son dərəcə riskli və həyati təhlükə yaradan bir vəziyyət idi. Dərhal açıq əməliyyat həyata keçirildi. Əməliyyatdan sonra 1 ay gözləmə müddəti tamamlandıqdan sonra kontrastlı rentgen müayinəsi edildi. Təəssüf ki, yara tam bitişməmiş, kiçik dəliklər qalmaqda davam etmişdi.

Bu müddət ərzində Ləmana düz 4 ay boyunca nə su, nə də qida verildi. Bunun əsas səbəbi həmin dəliklərdən keçən axıntının ağciyərlərə dolaraq ağır pnevmoniya yaratma riskinin qarşısını almaq idi.

Vəziyyətin daha da ağırlaşmaması və endoskopik müdaxilə imkanlarının dəyərləndirilməsi üçün təcili şəkildə Türkiyəyə gətirildi.

Burada həkimlərin qərarı ilə traxeya nahiyəsinə stent yerləşdirildi və yaraların sağalması üçün 6 həftə gözlənildi. 23 may tarixində stent çıxarıldıqdan sonra aparılan müayinədə traxeya girişində hələ də 5 mm ölçüdə dəliyin qaldığı məlum oldu”.

2000-ci il təvəllüdlü L.Qulamova ötən gün yenidən əməliyyat olunub:

“Dünən Ləmana yenidən traxeya stenti taxıldı. Hazırda həkimlər iki fərqli müalicə yolu üzərində müzakirələr aparırlar: 2 həftə sonra selikli qişa toxumasının köçürülməsi əməliyyatı, və ya xaricdən xüsusi sifarişlə gətiriləcək ömürlük xüsusi stentin yerləşdirilməsi.

Aylarla davam edən bu ağır mübarizə həm fiziki, həm də mənəvi baxımdan çox çətin keçir. Buna baxmayaraq, Ləman yaşamaq uğrunda böyük güclə mübarizə aparmağa davam edir.

Dualarınıza və dəstəyinizə çox ehtiyacımız var”.

Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb. Onlardan biri Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır (Könül Vəlibəyli).

Onun qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, uzun müddət Bakıda müalicə aldıqdan sonra Türkiyəyə aparılıb.  

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri