Yoxa çıxan təyyarədən xəbər var
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Alyaska ştatında yoxa çıxan və göyərtəsində 10 nəfərin olduğu kiçik sərnişin təyyarəsinin qalıqları tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hava gəmisinin göyərtəsində doqquz sərnişin və bir pilot olub. Təəssüf ki, sağ qalan yoxdur.
ABŞ Sahil Mühafizəsi dünən verdiyi açıqlamada, təyyarənin qalıqlarının Nome şəhəri yaxınlığında, Ankoricdən təxminən 885 kilometr (550 mil) şimal-qərbdə aşkar edildiyini bildirib.
Sahil Mühafizəsinin sözçüsü Mayk Salerno keçirdiyi mətbuat konfransında bildirib ki, iki xilasedici qalıqlara kifayət qədər yaxınlaşaraq təyyarənin içində üç cəsəd gördüklərini təsdiqləyiblər.
“Təəssüf ki, bu qəzanın sağ qalanı yoxdur”, – deyə Salerno vurğulayıb.
Alyaska qubernatoru Mayk Danlevi və xanımı hadisədən dərin kədər hissi keçirdiklərini bildiriblər:
“Bu faciəvi anlarda həlak olanların ailələri və yaxınları üçün dua edirik”, - deyə Danlevi radio efirində bildirib.
O, həmçinin təyyarəni tapmaq üçün gecə-gündüz çalışan axtarış qruplarına minnətdarlığını ifadə edib.
Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















