Icma.az
close
up
RU
4 ayda oğurlanan 6 milyon manat Necə qorunmaq olar?

4 ayda oğurlanan 6 milyon manat Necə qorunmaq olar?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Banklar oğurluq vəsaitin köçürüldüyü ünvanı dərhal bilir. Pul hansı hesaba köçübsə, kart sahibinin ad-soyadı, ünvanı, telefonu həmin banka dərhal bəlli olur".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manatın oğurlanmasından danışarkən deyib. 

Ekspert hesab edir ki, kartlardan vəsaitin oğurlanması hallarının çoxalmasında əsas faktorlardan biri 3 rəqəmli təhlükəsizlik kodunun 16 rəqəmlə eyni səhifədə olmasıdır:

"Bəzi banklar son vaxtlar kartların üstündəki 16 rəqəmin yanında həm də 3 rəqəmli təhlükəsizlik kodunu yerləşdirir. Vətəndaş olaraq biz kartı kiməsə göndərəndə onun əsas səhifəsinin bütöv fotosunu çəkirik. Bu zaman təhlükəsizlik kodu da həmin fotoda yer alır. Kartın fotosunu alan adam 3 rəqəmli təhlükəsizlik kodunu bilən kimi həmin kartdan pul çıxarda bilər".


Akif Nəsirli əlavə edib ki, təhlükəsizlik kodu 16 rəqəmlə eyni səhifədə olmamalıdır:

"Təhlükəsizlik kodu kartın arxa tərəfində olmalıdır. Vətəndaş kartın şəkilini kiməsə çəkib atanda həmin 3 rəqəmli təhlükəsizlik kodu qarşı tərəfin əlinə keçməməlidir. Bizim vətəndaşların 99%-i onun fərqində deyil, kartın fotosun dərhal çəkib qarşı tərəfə atır. Banklar vətəndaşlara kartı təqdim edəndə onları məlumatlandırmalıdırlar ki, bu 3 rəqəmli təhlükəsizlik kodunu heç kimə verməsinlər. Əksinə, banklar 16 rəqəmlə təhlükəsizlik kodunu eyni  səhifədə yerləşdirməklə oğurluq hallarına şərait yaradırlar. Düşünürəm ki, bunu aradan qaldırmaq lazımdır".

Akif Nəsirlinin sözlərinə görə, bu artıq yeni məsələ deyil, bir neçə ilin problemidir:

"Kartlarla pensiya almaq, kartların güvənliyinin formalaşması, onun cəmiyyətdə təbliğ edilməsi, insanların maarifləndirilməsi və s. bunun üçün uzun zamana ehtiyac var. İnsanlar problemə bir qədər diqqətsiz yanaşır. Əhalinin böyük əksəriyyəti ya orta məktəbdə oxumayıb, ya da rəqəmsal bilgiləri öyrənmək üçün savada ehtiyacı var. Ən azı insanların məntiqi inkişaf etməlidir. İnsanlar bu kimi təhlükəni nəzərə almalıdırlar. Ona görə də belə hallar baş verir. Amma bu kimi halların baş verməsində yalnız vətəndaşları günahlandırmaq olmaz. Belə hallarda bankların da günahı var. Bəzən banklar bu kimi informasiyaları gec verirlər. Bu kimi halların aşkarlanmasında banklar maraqlı görünmürlər. Əslində banklar daha maraqlı görünməlidirlər".


Akif Nəsirli vurğulayıb ki, xarici ölkələrdə dalbadal şübhəli köçürmələr baş verdikdə dərhal bank kartı bloklayır və kartdan vəsaitin köçürülməsini dayandırır:

"Bu da oğurluğun sayının azalmasına çox ciddi təsir göstərən amillərdəndir. İlk növbədə vətəndaşlar təhlükəsizlik sahəsində maarifləndirilməli, təhlükəsizliyə riayət edilməlidir".

Ötən gün Naxçıvanda "Kiber suverenlik" mövzusunda keçirilən müzakirələrdə DİN-in İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirib ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb. Hər ay təxminən 2 milyon manat talanır.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri