Icma.az
close
up
RU
4 il sonra Pike ilə ayrılığından danışdı

4 il sonra Pike ilə ayrılığından danışdı

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Kolumbiyalı ulduz müğənni Şakira uzun fasilədən sonra Jerar Pike ilə ayrılığı barədə səmimi açıqlamalar verib. Sənətçi son illərdə yaşadığı çətin dövrdə ağrının həyatında mühüm yer tutduğunu bildirib.

“Qafqazinfo”nun xəbərinə görə, İspaniyanın “La 1” kanalında yayımlanan “Al cielo con ella” proqramına müsahibə verən Şakira son dörd ildə keçdiyi emosional sağalma prosesindən danışıb.

O, ayrılıqdan sonra yaşadığı hissləri gizlətmədiyini və bu duyğuları həm müsahibələrində, həm də musiqisində açıq şəkildə ifadə etdiyini qeyd edib.

“Mən öz hekayəmi danışıram. Öz həqiqətimi danışıram. Çox insan mənim qırıldığımı, min hissəyə parçalandığımı bilir”, – deyə müğənni bildirib.

Şakira vurğulayıb ki, zaman keçdikcə qəzəb və kədər hisslərini qəbuletmə mərhələsinə keçə bilib. Hazırda isə yaşadıqlarına daha sakit yanaşa və hətta bəzi məqamlara yumorla baxa bildiyini deyir. Bununla yanaşı, o, bu prosesdə musiqinin əsas dayağı olduğunu qeyd edib.

Müğənni bildirib ki, daxili gücünü məhz yaradıcılığı sayəsində yenidən kəşf edib:

“Artıq sadəcə “Bu niyə mənim başıma gəldi?” sualını vermirəm. Bu mərhələni keçdim, indi ayağa qalxmağın vaxtıdır”.

Şakiranın sözlərinə görə, onun üçün ən böyük motivasiya mənbələrindən biri uşaqları - Milan və Saşa olub. O, onların tərbiyəsinə xüsusi diqqət yetirdiyini və sosial medianın mənfi təsirlərindən qorumağa çalışdığını bildirib.

Şakira səhnəyə qayıtmağa hazırlaşır. O, “Estadio Shakira” adlı Avropa turnesi çərçivəsində Madrid şəhərində 11 konsert verməyi planlaşdırır və ümumilikdə yarım milyona yaxın tamaşaçı toplamağı hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Aprel 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see399

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see394

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see306

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see294

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see289

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see287

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see268

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see265

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see265

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see262

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see257

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see252

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see250

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see240

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see239

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see233

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see223

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see218

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see212

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri