Pike məhkəməyə gətirildi
Icma.az, News24 saytına istinadən bildirir.
“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı məhkəmədə ifadə verib.
Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat verib.
Mənbənin sözlərinə görə, keçmiş futbolçu məhkəməyə 8 hüquq-mühafizə orqanı əməkdaşının müşayiəti ilə gəlib. Pikeni binasının girişində 50-yə yaxın jurnalist gözləyib. İspaniya millisinin sabiq müdafiəçisinin dindirilməsi iki saatdan çox davam edib.
Məhkəmənin sonunda Pike çıxış etmək istəyib. Çıxışı zamanı səsi titrəyərək emosiyalarını saxlaya bilməyən eks-futbolçu belə məhkəmənin onun reputasiyasına böyük zərbə vuracağını qeyd edib.
“Bunun mənə nə qədər zərər verdiyini bilmirsiniz; başqa ölkədə mənim heykəlimi ucaldardılar”, – Pike deyib.
Baxış sayı:141
Bu xəbər 15 Mart 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















