Icma.az
close
up
RU
4 kənd qaytarılacaqdı deyə təxribat törədildi Polkovnik detalları açıqladı

4 kənd qaytarılacaqdı deyə təxribat törədildi Polkovnik detalları açıqladı

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın yanvarın 5-6-da Gorus, həmçinin Laçın rayonu Zabux kəndi istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması növbəti hərbi təxribat cəhdidir. Görünür, bəzi dövlətlər Ermənistanı bu kimi təxribatlara çəkməklə, onu nəyəsə həvəsləndirirlər. Son dövrlər rəsmi İrəvana göndərilən silahlar, verilən “dəstək” bu kimi halların ortaya çıxmasına səbəb olur. Sözsüz ki, Ermənistanın daxilində də bu halların olmasında maraqlı qüvvələr az deyil.

Bu sözləri Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülhlə bağlı optimist fikirlər səslənsə də, kənar qüvvələr prosesin irəliləməsinə imkan verməyəcəklər:

“Bölgədə qarşıdurmanın, gərginliyin alovlanmasında maraqlı olan qüvvələr var. Onlar sülhün əldə edilməsində maraqlı deyillər. Ona görə də şərti sərhəddə təxribatların olması qaçılmazdır. Həmçinin Ermənistanın əli ilə açıq və gizli təxribatların olması da mümkündür”.

Ekspert hesab edir ki, Qarabağ və Naxçıvan istiqamətində baş verən bu təxribatlar həmin ssenarinin tərkib hissəsidir:

“Sözsüz ki, Azərbaycan dövləti bütün bu prosesləri diqqətdə saxlayır. Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi hazırda vəziyyətə nəzarət edir. Erməni tərəfinin bütün addımlarına qarşı adekvat cavab veriləcək. Amma buna baxmayaraq, təxribatlar da davam edəcək”.

Üzeyir Cəfərovun fikrincə, bəzi qüvvələr Qarabağın Azərbaycanın nəzarətinə keçməsini istəmirdilər:

“Bu gün Ermənistan daxilində baş verənlər də həmin proseslərin tərkib hissəsidir. Hazırda Ermənistan ordusunda qruplaşmalar da təxribatların daha da alovlanmasına cəhdlər edirlər. Əslində isə, erməni tərəfi Azərbaycanın nəzarətində saxladığı 4 kəndini (Qazaxın 3, Naxçıvanın 1 kəndi) qısa zamanda geri qaytarmalıdır. Məhz bu məsələ gündəmə gələn kimi müəyyən qüvvələrin əli ilə sərhəddə gərginlik yaradılır. Çünki sərhədlərin dəqiqləşməsi ilə hər iki tərəfdən formalaşdırılmış komissiya iş aparır. İndiki halda təxribatların baş verməsi həm də bu prosesi yubatmaq üçündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 07 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri